Tofer Qreys

Tofer Qreys

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Tofer Qreys — amerikalı aktyor, prodüser və ssenaristdir. “70-ci illərin Şousu”, “Postskriptum”, “Məni evə apar”, “Ulduzla görüş”, “Traffik”, “Hörümçək adam 3”, “Yırtıcılar” filmlərindəki rolları ilə məşhurlaşıb. Qreys Cənubi Kaliforniya Universitetinin nəzdindəki kollecdə təhsil alıb. Lakin birinci kursda təhsilini yarımçıq qoyur və fikrini kinokaryerasına cəmləyir. O Stiven Soderberqin çəkdiyi “Traffik” (2000) filmində gənc narkoman obrazını ifa edir. Soderberqin digər çəkdiyi “Ouşenin on bir dostu” (2001), “Ouşenin on iki dostu” (2004) filmlərində çəkilir. “Hörümçək adam 3” filminin çəkilişlərində olduğu üçün “Ouşenin on üç dostu” filmində çəkilməyib. 2003–cü ildə rejissor Maykl Nüellin “Mona Lizanın təbəssümü” filmində çəkilib. 2004-cü ildə rejissor Robert Luketiçin “Ulduzla görüş”, rejissor Pol Veytsin “Güclü dəstə” və Dilan Kiddin “Postskriptum” melodramında baş rollarda çəkilib. Dennis Kueyd, Skarlet Yohanssonla birlikdə çəkildiyi “Güclü dəstə” filminə görə Berlin kinofestivalında “Qızıl ayı” mükafatına nominant olub.

Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın: 
https://ru.wikipedia.org/wiki/%D0%93%D1%80%D0%B5%D0%B9%D1%81,_%D0%A2%D0%BE%D1%84%D0%B5%D1%80

 

FİLMOQRAFİYA
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç