Dee Reesin "The Last Thing He Wanted"dən İlk Treyler Yayımlandı!

25 Yanvar, 2020

Dee Rees’in Enn Heteuey (Anne Hathaway), Uillem Defo (Willem Dafoe), Ben Afflek (Ben Affleck) kimi adları bir araya gətirən yeni filmi The Last Thing He Wanted’dan ilk treyler yayımlandı. Dünya premyerasını Sundance Film Festivalında edəcək film, 21 fevralda Netflixdə yayımlanacaq.

Pariah ilə uğur qazandıqdan sonra Netflixdə yayımlanan Mudbound ilə adından təriflə söz etdirən Dee Rees, bu il yeni filmi The Last Thing He Wanted ilə filmsevərlərin qarşısına çıxacaq. Netflix orijinal istehsalı olan film, dünya premyerasını önümüzdəki günlərdə Sundance Film Festivalında edəcək.

Картинки по запросу Trailer for Dee Rees' 'The Last Thing He Wanted' with Anne Hathaway

Dee Rees’in ilk dəfə bir filmin ssenarisini qələmə alan Marco Villalobos ilə birlikdə ssenarisini qələmə aldığı film, İran-Kontra Skandalı səbəbi ilə həyatı təhlükəyə girən journalist Elena McMahon’un həyatını danışır. Joan Didion’ın eyniadlı romanından adaptasiya olunan filmdə Elenanın atası üçün üstləndiyi bir vəzifə sırasında özünü heç gözləmədiyi hadisələrin ortasında tapmasını və özü yazdığı xəbərin öznəsi halına gəlməsini izləyəcəyik. Dee Rees imzalı The Last Thing He Wanted, 21 fevralda Netflixdə yayımlanacaq.


Filmdə Elena McMahon’u, ən son Modern Love’da izlədiyimiz Enn Heteuey (Anne Hathaway) canlandırarkən, peşəkar aktyor Uillem Defo (Willem Dafoe) da McMahon’un atasına həyat verir. Aktyor heyətində bu iki adla yanaşı Ben Afflek (Ben Affleck), Tobi Cons (Toby Jones), Rosie PerezEdi Gathegi iştirak edir.

İstər Dee Rees imzası daşıması lazım olsa aktyor heyətində yer alan adlarla bu ilin ən həyəcan verici filmlərindən biri olan The Last Thing He Wanted üçün gözlənti davam edərkən, filmdən ilk treyler yayımlandı. Sundance Film Festivalındakı premyerasına günlər qalmış yayımlanan bu treyler, filmin Netflixdə yayımlanacağı tarixi də üzə çıxardı. Maraqla gözlənilən film, 21 fevralda Netflixdə izləyicilərin ixtiyarına veriləcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər