The Handmaid’s Tale ilə tanınan Reed Morano’nun rejissoru olduğu, Bleyk Layvli (Blake Lively) və Cud Loulu (Jude Law) The Rhythm Section’dan yeni treyler yayımlandı. Yazıçı Mark Burnell‘in ilk kitabı 2000-ci ildə yayımlanan Stephanie Patrick seriyasından adaptasiya olunan The Rhythm Section, bu il filmsevərlərin ixtiyarına veriləcək. Burnell’in öz kitabından yola çıxaraq ssenarisini qələmə aldığı film, ailəsi təyyarə qəzasında öldükdən sonra bunun bir qəza olmadığını öyrənən və ona bu bilgiyi təmin edən jurnalistin öldürüldüyünə şahid olduqdan sonra başqa bir kimliyə bürünüb səbəbkarların dalınca düşən sui-qəsdçi Stephanie Patrick’in hekayəsini danışır.
Stephanie Patrick’i son olaraq "Adi Xahiş"də (A Simple Favor) filmsevərlərin qarşısına çıxan Bleyk Layvlinin (Blake Lively) canlandırdığı filmin baş rollarında Bleyk Layvli (Blake Lively) ilə yanaşı Cud Loulu (Jude Law) və “Qızıl qlobus” mükafatlı aktyor Sterling K. Brown iştirak edir. Filmin aktyor heyətində Deniel Meys (Daniel Mays), Raza Jaffrey, Maks Kazella (Max Casella) və Nasser Memarziya (Nasser Memarzia) kimi adlar yer alır. Bleyk Layvli (Blake Lively) və Cud Loulu (Jude Law) The Rhythm Section filmi bu il izləyicilərin ixtiyarına veriləcək.
Kəskin və qorxu janrlarını bir araya gətirən filmin rejissor kürsüsündə The Handmaid’s Tale serialı ilə adını eşitdirdikdən sonra 2018-ci il istehsalı I Think We’re Alone Now ilə ilk uzunmetrajlı filminə imza atan Reed Morano oturur. The Rhythm Section, Mark Burnell’in dörd kitabdan ibarət Stephanie Patrick seriyasının ilk qismindən adaptasiya olunur. Bu da filmin kassada uğurlu olması halında Jason Bourne kimi yeni bir seriya başlatma ehtimalını doğurur. James Bond filmlərinin də prodüseri olan EON’un prodüserliyini üstləndiyi The Rhythm Section filminin ABŞ-da 31 yanvarda premyerası planlaşdırılır.