Devid O. Rassellin Yeni Filmində Kristian Beyl Yer Alacaq!

20 Yanvar, 2020

"Döyüşçü" (The Fighter), "Mənim oğlanım dəlidir" (Silver Linings Playbook) və American Hustle kimi filmlərlə tanınan Devid O. Rassellin (David O. Russell) yeni filminin baş rolunda Kristian Beyl (Christian Bale) yer alacaq. Filmdə Kristian Beyllə (Christian Bale) yanaşı Marqo Robbi (Margot Robbie), Ceymi Foks (Jamie Foxx) və Ancelina Coli (Angelina Jolie) ilə görüşülür.

2010-cu illərin ilk yarısında üst-üstə diqqət çəkici filmlərə imza atan və "Döyüşçü" (The Fighter), "Mənim oğlanım dəlidir" (Silver Linings Playbook) və American Hustle ilə dörd ildə beş “Oskar” namizədliyi qazanan Devid O. Rassellin (David O. Russell), beş illik aranın ardından setlərə geri qayıdır. Keçən il Cennifer Lourens (Jennifer Lawrence) ilə birlikdə qatıldığı bir seminarda yeni bir film üzərində çalışdığını açıqlayan Devid O. Rassell (David O. Russell), bu film üçün dəqiq addımlar atmağa başladı.



New Regency çatısı altında hazırlanan film üçün hazırlıqların sürət qazanmasıyla birlikdə aktyor heyətində yer alacaq ilk ad məlum oldu. Devid O. Rassellin (David O. Russell) yeni filminin baş rolunda, daha əvvəl "Döyüşçü" (The Fighter) və American Hustle filmlərində rejissorla çalışan, “Oskar” mükafatlı aktyor Kristian Beyl (Christian Bale) yer alacaq. Devid O. Rassellin (David O. Russell) yeni filmində Kristian Beyllə (Christian Bale) yanaşı Marqo Robbi (Margot Robbie), Ceymi Foks (Jamie Foxx) və Ancelina Coli (Angelina Jolie) iştirak edəcək.

Filmlərində adətən məşhur adları bir araya gətirən Devid O. Rassell (David O. Russell), yeni filmi üçün də diqqət çəkici bir aktyor heyətini bir araya gətirməyə hazırlaşır. Collider’ın xəbərinə görə Kristian Beyllin (Christian Bale) baş rolunu üstlənəcəyi filmdə rol almaları üçün Ceymi Foks (Jamie Foxx) və Ancelina Coli (Angelina Jolie) ilə görüşülür.

Похожее изображение

Devid O. Rassel
l (David O. Russell) proyektdən ilk bəhs etdiyində bu filmdə Cennifer Lourens (Jennifer Lawrence) üçün də bir rol yazdığını qeyd etmişdi. Ancaq sözü gedən bu rol üçün Cennifer Lourens (Jennifer Lawrence) ilə razılaşılmadığı görünür ki, bu anda bu rolu üstlənməsi üçün adı keçən adın Marqo Robbi (Margot Robbie) olduğu danışılır.

Hələ adı bəlli olmayan, ancaq hazırlıq mərhələsində Amsterdam olaraq anılan filmin mövzusu haqqında bilinənlər olduqca azdır. Ancaq filmin bir həkim ilə vəkil arasındakı alışılmamış ortaqlığı mövzu götürəcəyi deyilir.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər