Cared Letolu "Morbius"dan İlk Treyler Yayımlandı!

16 Yanvar, 2020

Cared Letonun (Jared Leto) baş rolunda yer aldığı, Venomla eyni film kainatında keçən "Hörümçək Adam"ın (Spider-Man) spin-off-u Morbius’dan ilk treyler yayımlandı. "Hörümçək Adam" (Spider-Man) komikslərindəki xarakterlərə hədəflənən yeni bir film kainatını qurmaq üçün işlərə başlayan Sony, bu kainatdakı ilk film olan Venom‘u 2018-ci ildə filmsevərlərin ixtiyarına verdi. Tom Hardinin (Tom Hardy) baş rolunu üstləndiyi Venom, tənqidçilərdən aldığı mənfi rəylərə rəğmən dünya miqyasında 855.8 milyon dollar gəlir əldə edincə bu film kainatındakı digər filmlərin də önünü açmış oldu. Bu il, "Hörümçək Adam: Hörümçək Kainatına" (Spider-Verse) olaraq da anılan bu film kainatında yer alan iki film filmsevərlərlərin ixtiyarına veriləcək: Venom 2Morbius.

Bir yandan çəkilişləri davam edən Venom 2 üçün hazırlıqlarını davam etdirən Sony, bir yandan da bu yay premyerası olacaq Morbius üçün tanıtım işlərinə başladı. “Oskar” mükafatlı aktyor Cared Letonun (Jared Leto) baş rolunu üstləndiyi filmdən ilk treyler yayımlandı.



Cared Letonun (Jared Leto) baş rolunu üstləndiyi Morbius, 31 iyul premyerası olacaq. Power Rangers filminin ssenaristlərindən Burk SharplessMett Sazamanın (Matt Sazama) ssenarisini qələmə aldığı Morbius, nadir bir qan xəstəliyinə tutulduqdan sonra özünü müalicə etməyə cəhd etməsi ilə bir növ vampirə çevrilən Dr. Michael Morbius’un hekayəsini danışır.

"Giriş şifrəsi "Keyptaun" (Safe House) və Life kimi filmlərlə tanınan Daniel Espinosa‘nın rejissorluğunu üstləndiyi filmin aktyor heyətində Cared Leto (Jared Leto) ilə yanaşı Adria Arjona, Matt Smith, Cared Harris (Jared Harris) və Tyrese Gibson iştirak edir. Yayımlanan bu ilk treyler, "Hörümçək Adam: Evə Qayıdış" (Spider-Man: Homecoming) Vulture xarakterinə həyat verən Maykl Kitonun (Michael Keaton) da filmdə bu rolu yeniləcəyini göstərir.



Maykl Kitonun (Michael Keaton) varlığı, Marvel Film Kainatında yer alan "Hörümçək Adam: Evə Qayıdış" (Spider-Man: Homecoming) ilə Morbius arasında birbaşa bir bağ olduğunu göstərir. Bu vəziyyət, keçən il Spider-Man xarakteriylə bağlı razılaşmalarını sonlandırmanın axırına gələn Sony və Marvelın imzaladıqları yeni razılaşmada film kainatları arasındakı cizgiləri bulanıqlaşdırdığını düşündürür.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər