Cared Leto

Cared Leto

Aktyor, mügənni, rejissor

BİOQRAFİYA

Cared Cozef Leto 26 dekabr 1971-ci ildə ABŞ-ın Luiziana ştatındakı Bosser Siti şəhərində anadan olub. Cared sənətə olan sevgisini, onu və qardaşı Şenionu hər vasitə ilə təqdir edən anası Konstansa borcludur. O, təşəbbüskar və özündən əmin uşaq olub. 1983-cü ildə Cared Virciniyadakı kiçik kafedə qabyuyan kimi əmək fəaliyyətinə başlayır. 1989-cu ildə isə qapıçı işləyir. Məktəbi bitirən Cared sənədlərini Filadelfiya İncəsənət Universitetinə verir və qəbul olunur. O, təsviri incəsənət və xüsusilə rəssamlıq üzrə ixtisaslaşır. Bir müddət sonra Nyu-Yorkdakı Təsviri İncəsənət Universitetinə keçirilir. Hələ tələbə ikən Leto ssenari yazır və "Crying Joy" adlanan filmdə baş rollardan birini ifa edir. 1992-ci ildə Cared aktyor olmaq məqsədilə Nyu-Yorkdan Los-Ancelesə köçür. 1996-1997-ci illərdə o, "People" jurnalının rəyinə görə, "Dünyanın 50 ən gözəl insanı" siyahısına düşür. 2000-ci ildə "Amerika dəlisi" və "Arzu rekviyemi" psixoloji trillerləri ekrana çıxır. Cared Leto 1998-ci ildə qardaşı ilə birlikdə əsasını qoyduğu "Thirty Seconds to Mars" alternativ rok qrupunun vokalistidir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Cared_Leto

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç