Daniel Espinosa

Daniel Espinosa

Rejissor, ssenarist, prodüser, aktyor

BİOQRAFİYA

Xorxe Daniel Espinosa - Çili əsilli isveçli kinorejissor, ssenarist, prodüser və aktyordur. Daha çox “Çirkli pullar” (Snabba Cash, 2010), “Giriş kodu – Keyptaun” (Safe House, 2010), “Canlı” (Life, 2017) filmlərinin rejissoru kimi tanınıb. Karyerası ərzində 12 bədii filmə rejissorluq edib. 4 filmin prodüseri olub. 2015-ci ildə çəkdiyi “44 Uşaq” filmi Rusiyada qalmaqala səbəb olub. Sovet İttifaqı ərazisində törədilən silsilə qətillərdən bəhs edən filmin media nümayəndələri üçün nümayişindən sonra Rusiyanın Mədəniyyat Nazirliyinə çoxsaylı şikayətlər daxil olub. Rusiyanın mədəniyyət naziri Vladimir Medinski filmə baxdıqdan sonra “ekran əsərində 30-50-ci illərin Sovet İttifaqının deyil, (Üzüklərin hökmdarı saqasındakı) Mordorun təsvir olunduğunu, kosmosa ilk insan göndərən əhalisinin isə yalnız divlərdən və xoxanlardan ibarət olduğunu” acı kinayə ilə dilə gətirib. Həmin il aprelin 15-də “Sentral Partnerşil” şirkəti “44 Uşaq” filminin prokat şəhadətnaməsi üçün Mədəniyyət Nazirliyinə göndərdiyi ərizəni geri götürüb. Şirkət bildirib ki, filmin media nümayişindən sonra süjetdə tarixi faktların, həmçinin sovet ittifaqı vətəndaşlarının obraz və xarakterlərinin əhəmiyyətli dərəcədə təhrif olunduğu ortaya çıxıb. Rejissor Espinosa filminin Rusiyada qadağan edilməsini mənfi qarşılayıb və Rusiyanın getdikcə avtoritar rejimə doğru irəlilədiyini dilə gətirib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D1%81%D0%BF%D0%B8%D0%BD%D0%BE%D1%81%D0%B0,_%D0%94%D0%B0%D0%BD%D0%B8%D1%8D%D0%BB%D1%8C

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç