M.Makkarti "Nine Perfect Strangers”də Rol Alacaq!

11 Yanvar, 2020

BridesmaidsCan You Ever Forgive Me? filmləri ilə “Oskar”a namizəd olan Melissa Makkarti (Melissa McCarthy), Nikol Kidmanın (Nicole Kidman) baş rolunda yer alacağı, Big Little Lies’ın ssenaristi Liane Moriarty’nin romanından adaptasiya olunacaq Nine Perfect Strangers serialının aktyor heyətinə daxil oldu.

Ən son Bombshell filmində qarşımıza çıxan Nikol Kidmanın (Nicole Kidman), rol aldığı möhtəşəm filmləri ilə uğurlu bir film karyerasına sahib olarkən, eyni zamanda Big Little Lies serialı da televiziya dünyasında fırtınalar əsdirirdi. Liane Moriarty‘nin eyniadlı romanından adaptasiya olunan serialdakı performansıyla Nikol Kidmanın (Nicole Kidman), "Qızıl Qlobus"Emmi mükafatlarının sahibi oldu. Big Little Lies’dən sonra yeni proyektlərə yönələn Nicole Kidman, serial dünyasından qopmaq istəmir.



Ötən aylarda Nikol Kidmanın (Nicole Kidman), Hulu’da yayımlanacaq Nine Perfect Strangers serialının baş rolunda yer alacağını paylaşmışdıq. Nikol Kidman (Nicole Kidman) və Big Little Lies komandası, Liane Moriarty’nin romanından adaptasiya olunan serial üçün yenidən bir araya gəlir. Nikol Kidmanın (Nicole Kidman) eyni zamanda prodüserliyini də üstləndiyi serialının ssenarisini Big Little Lies komandasından Devid E. Kelli (David E. Kelley), "Gələcəyin həddi" (Edge of Tomorrow) və Ford v Ferrari filmlərinin ssenaristi Cez Batteruor (tJohn Henry Butterworth) və Samantha Strauss qələmə alacaq. Nikol Kidman (Nicole Kidman) və Melissa Makkartili (Melissa McCarthy) Nine Perfect Strangers’in yayım tarixi hələ dəqiqlik qazanmayıb.

Serialın aktyor heyətində Nikol Kidman (Nicole Kidman) ilə birlikdə BridesmaidsCan You Ever Forgive Me? filmləri ilə “Oskar”a namizəd olan və komediya filmlərindəki uğurlu performansıyla adını eşitdirən Melissa Makkarti (Melissa McCarthy) yer alacaq. Nine Perfect Strangers, Melissa Makkartinin (Melissa McCarthy) “Emmi” mükafatlı Mike & Molly’dən dört il sonra serial dünyasına geri qayıtdığı proyekt olma xüsusiyyətini daşıyır.

Похожее изображение

Nikol Kidman (Nicole Kidman) və Melissa Makkartili (Melissa McCarthy) Nine Perfect Strangers, həyatlarını qaydaya salmaq istəyən doqquz xarici vətəndaşın müalicəsi və dəyişim üçün getdikləri butik bir sağlamlıq mərkəzində yaşanan hadisələri mövzu götürür. On günlük istirahət proqramı üçün mərkəzə gələn bu doqquz xarici vətəndaşın başında isə müştərilərinin yorğun zehin və bədənlərini müalicə etməyi özünə şərt qoyan Masha durur. Başlarda hər şeyin normal getdiyi bu on günlük müddətdə gözlənilməz hadisələr bir-birini izləyir.

Serialda Nikol Kidman (Nicole Kidman), sağlamlıq mərkəzinin idarəçisi Masha xarakterinə həyat verərkən, Melissa Makkarti (Melissa McCarthy) də müalicə olmağa gələn doqquz xaricidən biri olan Francis xarakterini canlandıracaq. Serialın Hulu’da nə vaxt yayımlanacağı naməlumluğunu qoruyur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər