Devid E. Kelli

Devid E. Kelli

Ssenarist, prodüser

BİOQRAFİYA

Devid E. Kelli - amerikalı televiziya ssenaristi və prodüserdir. 11 dəfə “Emmi” mükafatı laureatı olub. Hüquq ixtisası üzrə dərəcəsi olan keçmiş prokurordur. Amerikanın ən məhsuldar və çərçivələrdən çıxan, fərqli düşünən televiziya ssenaristi kimi tanınır. “Los-Anceles Qanunu” teleserialının prodüseri kimi şöhrət qazanıb. Serialın üzərində 1986-1992-ci illərdə çalışıb. Ən yaxşı dram serialı ssenarist nominasiyasında iki dəfə “Emmi” mükafatçısı olub. Kelli “Doktor Duqi Hauzer” (1989-1993) serialının, “Qılıncoynadanlar zastavası” (1992-1996), “Çikaqo ümidi” (1994-2000), “Elli Makbil” (1997-2002) və “Praktika” (1997-2004) seriallarının yaradılmasında iştirak edib. Əksəriyyəti “Emmi” mükafatı il təltif olunub. “Boston məktəbi” serialı (2000-2004) kinotənqidçilər tərəfindən yüksək qiymətləndirilsə də, lazımı səviyyədə yüksək reytinqlər toplaya bilməyib. “Praktika” serialının spin-offu sayılan “Boston vəkilləri” (2004-2008) də eyni aqibəti yaşayıb. Kino işləri isə uğursuzluğa düçar olub. “Yaylım atəşi” (1987), “Cillianın ad günü” (1996), “Alaskanın sirri” (1999) və “Plesid Gölü” (1999) və digərləri tənqidçilərin etimadını qazanmayıb və aşağı kassa göstəricilərina imza atıb. 1993-cü ildə aktrisa Mişel Pfayfferlə evlidir. Onların iki övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_E._Kelley

FİLMOQRAFİYA
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç