“Şazam” Filminin Sikvelinin Premyera Tarixi Məlum Oldu!

16 Dekabr, 2019

“Şazam” filminin macəraları davam edir! Keçən yaz aylarında izlədiyimiz  və müsbət rəylər alan super qəhrəmanlı komediya filmi Şazam! ikinci filmiylə davam edəcək. DC'nin spin-off proyektinə Warner Bros. razılıq verdi və davam filmi üçün çalışmalar başladı. Premyera tarixi 1 aprel 2022-ci il olaraq müəyyən edildi.

Sehrli sözlər ağzından çıxdıqdan sonra dünyanın ən güclü insanına çevrilən Şazam, adını da müdrik və güclü insanlardan alır. Süleyman'ın müdrikliyi, Herkulesin gücü, Atlas'ın dözümlülüyü, Zeus'un görkəmi, Aşil'in cəsarəti və Merkurinin sürətinə sahib olan xarakter, əldə etdiyi güclərin sahiblərinin baş hərfləri ilə Ş.A.Z.A.M. adını alır.

Картинки по запросу Shazam 2 Release Date Revealed by Warner Bros.

Bu il 3 apreldə premyeraı olan Şazam!, New Line üçün böyük bir zəfərə çevrildi və dünya miqyasında 364 milyon dollar gəlir əldə etdi. İlk filmin arxasındakı komandanın çox hissəsinin davam filmində də yer alacağı açıqlandı. Zakari Livay (Zachary Levi) yenə baş rolda olacaq. Devid F. Sandberq (David F. Sandberg) isə rejissor olaraq geri qayıdacaq və ilk filmin ssenarisini yazan Henri Qayden (Henry Gayden) yenə qələmi əlinə alacaq. İlk filmdə yer alan digər aktyor heyətinin aqibətini isə növbəti günlərdə öyrənə biləcəyik.

Похожее изображение

DC, o il üç super qəhrəman filminə imza atacaq. 1 aprel 2022-ci ildə Şazam! 2, 1 iyul 2022-ci ildə The Flash və 16 dekabr 2022-ci ildə “Akvamen 2” izləyicilərin ixiyarına veriləcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər