Devid F. Sandberq

Devid F. Sandberq

Rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Devid F. Sandberq – isveçli kinorejissordur. 21 yanvar 1981-ci ildə İsveçin Yyönçöpinq şəhərində dünyaya göz açıb. Başlıca olaraq kiçikbüdcəli qorxu filmləri çəkir. Tammetrajlı kinoda debütü 2016-cı ilə təsadüf edir: “Qoy sönsün işıqlar...” filmini elə “İşıqsız” (2013) adlı qısametrajlı filminin motivləri əsasında çəkib. 2017-ci ildə “Annabelin lənəti: Şərin doğuluşu” adlı qorxu filmi dünya ekranlarına çıxıb. 2019-cu ildə sayca üçüncü tammetrajlı filmi – “Şazam” adlı fentezi filminin dünya premyerası keçirilib. Şəxsi həyatına gəlincə 2013-cü ildə aktrisa, dizayner və fotoqraf Lotte Lostenlə evlənib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%B0%D0%BD%D0%B4%D0%B1%D0%B5%D1%80%D0%B3,_%D0%94%D1%8D%D0%B2%D0%B8%D0%B4

FİLMOQRAFİYA
Rejissor
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç