Skarlett Yohansonlu "Black Widow"dan İlk Treyler Yayımlandı!

05 Dekabr, 2019

Skarlett Yohansonun (Scarlett Johansson) baş rolunda yer aldığı Black Widow filmindən ilk treyler yayımlandı. Black Widow filminin 1 may 2020-ci ildə premyerası olacaq. Bu il premyerası olan "Qisasçılar: Final" (Avengers: Endgame) ilə film kainatında bir dövrü bağlayan Marvel Studios, gələn il Marvel film kainatının 4-cü hissəni başladacaq. Film kainatının bu yeni dövründə izləyicilərin ixtiyarına veriləcək ilk film isə Black Widow filmi olacaq.

2010-cu il istehsalı Iron Man 2 ilə Marvel film kainatına daxil olan və o gündən bəri bu kainatın ən önəmli xarakterlərindən biri olan Black Widow’un ilk solo filmi üçün maraqlı gözləmə davam edərkən, filmdən ilk treyler yayımlandı. Yayımlanan bu ilk treylerlə birlikdə filmin mövzusu ilə bağlı yeni detallar da ortaya çıxdı.

Картинки по запросу ‘Black Widow’: Scarlett Johansson Returns to Her Roots in First Trailer

Black Widow’a yenidən Skarlett Yohansonun (Scarlett Johansson) həyat verdiyi Black Widow filmi, Captain America: Civil War, ilə Avengers: Infinity War arasındakı dövrdə keçir və Black Widow’un qaranlıq keçmişi ilə üzləşmək üçün evinə qayıtmasını danışır. Black Widow filminin, 1 may 2020-ci ildə premyerası gözlənilir.



Berlin Syndrome ilə adını eşitdirən Cate Shortland’ın rejissoru olduğu Black Widow filminin aktyor heyətində Skarlett Yohansonla (Scarlett Johansson) yanaşı Devid Harbor (David Harbour), Florens Pyu (Florence Pugh), O-T FagbenleReyçel Vays (Rachel Weisz) iştirak edir. Bundan əlavə yayımlanan bu yeni treyler Marvel film dünyasında Thaddeus Ross’a həyat verən Uilyam Hörtün (William Hurt) də filmdə yer aldığını göstərir.

Filmdə Florens Pyu (Florence Pugh), komikslərində Black Widow olaraq Natasha Romanoff’un yerini alan Yelena Belova xarakterinə həyat verir. Bu rol üçün Lady MacbethMidsommar kimi filmlərlə ulduzu parldayan Pyunun seçilmiş olması, Yelena Belova’nın Marvel film kainatında da önəmli bir rol üstlənəcəyini düşündürür.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər