Elizabet Mosslu "The Invisible Man"in İlk Treyleri Çıxdı!

11 Noyabr, 2019


Elizabet Mossun (Elisabeth Moss) baş rolunu üstləndiyi,  Li Uonnell (Leigh Whannell) imzalı The Invisible Man’dən ilk treyler və afişa yayımlandı. Bir dövrə damğa vuran klassik canavar filmlərindəki xarakterləri böyük ekrana qaytarmaq üçün işlərini davam etdirən Universal, gələn il premyerası olacaq The Invisible Man filmi üçün tanıtım işlərinə başladı. Qısa müddət əvvəl filmdən ilk kadrları paylaşan studiya, filmdən ilk treyler və afişası yayımladı.

Keçən ilin ən xoş sürprizlərindən biri olan "Apqreyd" (Upgrade) ilə adını eşitdirməyi bacaran Li Uonnellin (Leigh Whannell) yazıb, rejissoru olduğu, The Handmaid’s TaleUs kimi uğurlu proyeklərlə tanınan Elizabet Mossun (Elisabeth Moss) baş rolunu üstləndiyi The Invisible Man üçün yayımlanan bu ilk treyler, olduqca qeyri-adi bir filmin bizləri gözlədiyini göstərir. Elmi-fantastik ədəbiyatının peşəkar adlarından H.G. Wells‘in romanından filmə adaptasiya olunan 1933-cü il istehsalı The Invisible Man’ə yeni bir nəfəs gətirmə iddiasıyla yola çıxan film, hekayəyi fərqli bir yöndən ələ alaraq bu iddiasını yerinə yetirmiş kimi görünür.

Картинки по запросу ‘The Invisible Man’ Trailer Sees Elisabeth Moss Fighting for Her Life

Filmdən yayımlanan bu ilk treyler The Invisible Man’in klassik hekayəyə yeni bir nəfəs gətirdiyini göstərmə mövzusunda olduqca bacarıqlı olsa da, son dövrdə yayımlanan bir çox treylerlə eyni xətaya düşərək film haqqında lazım olandan çox məlumat verir. Treylerdəki bir çox səhnənin filmin son seriyasında olduğunu təxmin etmək çətin deyil.



Yeni The Invisible Man filmi, özünə şiddət tətbiq edən keçmiş  sevgilisinin intihar etdiyini öyrənən Cecilia’nın hekayəsini danışacaq. Son dərəcə agıllı bir elm adamı olan keçmiş sevgilisinin dostunun öldüyünü qəbul etməyən Cecilia, bacısının yanına köçərək yeni bir həyata başlamaq üçün ilk addımlarını atacaq. Qısa müddət sonra açıqlaya bilmədiyi hadisələrlə qarşı-qarşıya gələn Cecilia, heç kimin görə bilmədiyi biri tərəfindən izləndiyini isbat etmək məcburiyyətində qalacaq.

The Haunting of Hill House ilə diqqət çəkən Oliver Jackson-Cohen‘in Cecilia’nın keçmiş sevgilisinin canlandırdığı filmin aktyor heyətində Hariet Dyer, Aldis Hodge, Storm Reed kimi adlar yer alır.

The Conjuring, "Paranormal hadisə" (Paranormal Activity) və "Astral" (Insidious) kimi uğur qazanan qorxu silsiləri ilə yanaşı Whiplash, "Rədd ol" (Get Out), "Qara Ku-Kluks-Klan Üzvü" (BlacKkKlansma) kimi bəyənilən filmlərin də prodüseri olan Ceyson Blumentalın (Jason Blum) prodüserliyini üstləndiyi film, 28 fevral 2020-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər