Li Uonnell

Li Uonnell

Ssenarist, aktyor, prodüser, rejissor

BİOQRAFİYA
Li Uonnell 17 yanvar 1977-ci ildə Melburnda (Avstraliya) anadan olub. Li dörd yaşından hekayələr yazıb. Sonralar o, telekanallar üçün resenziyalar yazmaqla məşğul olub. 18 yaşı olanda isə Melburn Universitetinin nəzdində olan kino məktəbinə qəbul olur. Təhsil aldığı müddətdə o, Ceyms Vanla tanış olur və bu tanışlıq onların gələcək işlərinin təməlini qoyur. Avstraliyanın ABC kanalının teleşoularında, o cümlədən “Recovery” verilişində kinotənqidçi kimi işləyib. “Matrisa: Yenidən yüklənmə” filmində epizodik rola çəkilir və “Enter the Matrix” oyununun səsləndirilməsində iştirak edir. Li və Ceyms Van “Mişar: Sağ qalmaq üçün oyun” filminin ssenarisini yazır və qısametrajlı “Mişar” filmini çəkirlər. Rəhbərləri onların işlərindən o qədər razı qalır ki, ssenarini Hollivuda göndərir, lakin bunu unudur. Bir neçə aydan sonra isə onlara ssenariləri əsasında film çəkilməsi təklif olunan məktub gəlir.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Leigh_Whannell
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç