Ben Afflek, R.Rodrigesin Filmi "Hypnotic"də Rol Alacaq!

09 Noyabr, 2019


Ən son "Üçqat sərhəd" (Triple Frontier) filmində izlədiyimiz  Ben Afflek (Ben Affleck), "Qürubdan sübhədək" (From Dusk Till Dawn) və "Günahlar şəhəri" (Sin City) kimi proyektlərlə tanınan Robert Rodrigesin (Robert Rodriguez) kəskin janrdakı yeni filmi Hypnotic’də rol alacaq.

Good Will Hunting, Hollywoodland, The Company Men kimi filmlərlə film dünyasında tanınan Ben Afflek (Ben Affleck), son illərdə Gone Baby Gone, "Oğrular şəhəri" (The Town), Argo filmləri ilə rejissorluq sahəsində hünərlərini göstərərkən; Gone Girl, Batman’i canlandırdığı Batman v Superman: Dawn of Justice və Justice League proyektləri ilə də aktyor olaraq film dünyasında özünü göstərməyə davam edir.

Похожее изображение

Ən son "Üçqat sərhəd"də (Triple Frontier) qarşımıza çıxan Affleki, önümüzdəki illərdə Netflixdə yayımlanacaq The Last Thing He Wanted ilə Ridli Skottun (Ridley Scott) yeni filmi The Last Duel‘də izləyəcəyik. Affleki önümüzdəki dövrdə görəcəyimiz bu proyektlərə bir yenisi daha əlavə olunur. Robert Rodrigesin (Robert Rodriguez) yeni filmi Hypnotic’in çəkilişlərinin 2020-ci ilin aprelində başlanması gözlənilir.

Variety’nin xəbərinə görə Ben Afflek (Ben Affleck), "Qürubdan sübhədək" (From Dusk Till Dawn) və "Günahlar şəhəri" (Sin City) kimi proyektlərlə tanınan, ən son "Alita: Savaş mələyi"ni (Alita: Battle Angel) çəkən Robert Rodrigesin (Robert Rodriguez) kəskin janrdakı yeni filmi Hypnotic‘də rol alacaq.

Картинки по запросу Ben Affleck to Star in Robert Rodriguez’s Action Thriller ‘Hypnotic’

Filmdə Ben Afflek (Ben Affleck), itən qızıyla bağlı olan əsrarəngiz iddianı həll etməyə çalışan bir detektivi canlandıracaq. Necə baş verdiyi heç cür anlaşılmayan oğurluqarı araşdıran detektiv, özünü gizli bir dövlət təşkilatının da içində olduğu böyük bir sui-qəsdin içində tapacaq.

Hypnotic’in ssenarisini Godzilla, Godzilla: King of the Monsters"Konq: Kəllə adası" (Kong: Skull Island) filmlərinin ssenaristi Maks Borenşteyn (Max Borenstein) qələmə alacaq. Ben Afflekin (Ben Affleck) iş təqviminə görə filmin çəkilişlərinin, 2020-ci ilin aprelində başlanması gözlənilir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər