Robert Rodriges

Robert Rodriges

Rejissor, prodüser, bəstəkar

BİOQRAFİYA

Robert Rodriges 20 iyun 1968-cı ildə San-Antonio şəhərində (Texas ştatı, ABŞ) anadan olub. Müqəddəs Antoni Rodriges məktəbində oxuyarkən məktəb futbollarının videoçəkilişlərini aparırdı. Orta məktəbi bitirdikdən sonra Texas Universitetinin nəzdində kollecə daxil olur. Əsasən karikaturalara üstünlük verir və paralel olaraq qorxu janrlı qısametrajlı filmlərin istehsalı ilə də məşğul olurdu. Çəkdiyi filmləri 1990-cı ilin payızında yerli kinomüsabiqəyə təqdim edir və kinematoqrafiya universitetində arzuladığı yeri tutur. ”Bedhed” adlı filmin rejissor işi, ssenarisi, operator işi, montaj, hətta bəzi musiqiləri belə Robertin özünə aid idi. Debüt işi uğurlu alınır və yaradıcılığına təkan verir. Rodrigesin ilk tammetrajlı işi Meksikanı səyahət edərkən təhlükəli məqamlarla qarşılaşan musiqiçidən bəhs edən ispan dilli ”El Mariaçi” döyüş filmidir. 7 000 dollara başa gələn filmin baş rolunu Rodrigesin dostu Karlos Qallardo canlandırır. Bu aktyor işi Karlos üçün kinoda debüt idi. Filmdə Rodriges özü də çəkilmək istəyirdi, lakin kameranı işlədəcək başqa şəxs olmadığına görə istəyi alınmır. Karyerasına yeni başladığı dövrdə tale Rodrigesi Kventin Tarantino kimi məşhur rejissorla qarşılaşdırır. O vaxtdan iki peşəkarın dostluğu və əməkdaşlığı davam edir. Rodriges tez evlənib və məhz ailəsinə görə bir sıra layihələrdən imtina edib. O, Elizabet Avellanla ailəlidir və cütlüyün beş övladı var.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Robert_Rodriges

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Operator
Bəstəkar
Montaj
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç