E.Hopkinsin "The Two Popes" Filminin Treyleri Yayımlandı!

08 Noyabr, 2019


Entoni Hopkins (Anthony Hopkins) və Conatan Praysın (Jonathan Pryce) baş rollarında yer aldığı, Fernando Meyrelliş (Fernando Meirelles) imzalı The Two Popes’dan treyler yayımlandı. Önəmli festivalları ziyarət edən film, 20 dekabrda Netflixdə yayımlanacaq.

Blindness, The Constant Gardener və “Oskar” namizədliyi qazandığı City of God kimi filmlərlə film dünyasında tanınan Fernando Meyrelliş (Fernando Meirelles), 2011-ci ildə böyük gözləntilərlə çəkilən ancaq sonrasında xəyal qırıqlığı yaradan 360 filminə imza atmışdı. Son illərdə uğurlu işlərə imza atmaq mövzusunda bəxti gətirməyən rejissor, bu il yeni filmi The Two Popes ilə diqqətləri üzərinə çəkəcək kimi görünür.

Картинки по запросу ‘The Two Popes’ Trailer: Two Popes Enter, One Pope Leaves

The Two Popes’un baş rollarında ən son Shakespeare adaptasiyası King Lear’da qarşımıza çıxan Entoni Hopkins (Anthony Hopkins) və Brazil, "Karib dənizinin quldurları" (Pirates of the Caribbean), Game of Thrones kimi proyektlərlə tanınan Conatan Prays (Jonathan Pryce) yer alır. Filmin ssenarisi isə The Theory of Everything"Zülmət zamanı" (Darkest Hour) filmləri ilə “Oskar”a namizəd olan Entoni MakKartenə (Anthony McCarten) aiddir. Fernando Meyrellişin (Fernando Meirelles) yeni filmi The Two Popes, 20 dekabrda Netflixdə yayımlanacaq.



Juan Minujín, Sidney Cole, Federico Torre kimi adların da aktyor heyətində yer aldığı film, Papa Francis ilə Papa XVI. Benedict arasındakı münasibətə hədəflənir və Katolik Kilsəsindəki tarixi bir dönüş nöqtəsinə səmimi bir baxış təqdim edir.

Dünya premyerasını Telluride Film Festivalında edən, daha sonra Toronto Film Festivalına qonaq olan film, xüsusilə Conatan Prays (Jonathan Pryce) və Entoni Hopkinsin (Anthony Hopkins) uğurlu performansları ilə ön plana çıxır. Bu səbəbdən film, aktyorluq kateqoriyalarında mükafat sezonuna damğasını vura bilər. 2020-ci il “Oskar” mükafatlarında uğur qazanması gözlənilən film, ABŞ-da 27 noyabrda kinoteatrlarda premyerası olduqdan sonra, 20 dekabrda Netflixdə yayımlanacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər