Maykl Duqlas “Qarışqa Adam 3”ə Hank Pym Olaraq Qayıdacaq!

06 Noyabr, 2019


Pol Raddın (Paul Rudd) baş rolunda yer aldığı "Qarışqa adam" (Ant-Man) seriyasının davam filmi "Qarışqa adam 3"ün (Ant-Man 3) çəkiləcəyi rəsmi olaraq açıqlanmışdı və rejissor kürsüsünə yenidən Peyton Ridin (Peyton Reed) keçəcəyi açıqlanmışdı. İndi isə Hank Pym xarakteri ilə qarşımıza çıxan Maykl Duqlasın (Michael Douglas) seriyaya geri qayıdacağı qeyd edildi.

Hal-hazırda Netflixdə ikinci sezonu yayımlanan The Kominsky Method'ın ulduzu olmasıyla ilə gündəmə gələn peşəkar aktyor Maykl Duqlas (Michael Douglas), "Qarışqa adam 3"ün (Ant-Man 3) çəkiləcəyinin açıqlanmasının ardından mövzu haqqında danışdı. Duqlas bu sözləri dedi: "Marvel dünyası inanılmaz böyük bir hadisə yaratdı. Onları çox sevirəm, çox gözəl vaxt keçirirəm. 2021-ci ilin yanvar ayında "Qarışqa adam 3"ə (Ant-Man 3) başlayırıq.

Картинки по запросу Michael Douglas Talks ‘The Kominsky Method’ Season 2 and When He Shoots ‘Ant-Man 3’

Bir digər Marvel filminin başlangıç tarixi bu." Maykl Duqlasın (Michael Douglas) canlandırdığı Hank Pym, "Qarışqa adam"ın (Ant-Man) çevrilməsinə kömək olan ən önəmli ad olaraq bilinir. Biokimya, sibernetik, kvant fizikası, entomologiya kimi elmlərdə mütəxəssis olan Pym, komikslərdə filmlərdə olduğundan çox daha aktiv bir yerdə yerləşir. Komikslərdə Avengers'ın qurucu üzvlərindən biri olan Pym'in Ultron ilə birləşdiyi də görülmüşdü.

Картинки по запросу Michael Douglas Talks ‘The Kominsky Method’ Season 2 and When He Shoots ‘Ant-Man 3’

"Qarışqa adam" (Ant-Man) ilə "Qarışqa adam və arı" (Ant-Man and The Wasp) filmlərinin də rejissor kürsüsünə oturan Peyton Rid (Peyton Reed), ötən günlərdə seriyanın üçüncü filmi üçün Disney ilə razılaşmaya imza atdı. Maykl Duqlasın (Michael Douglas) da etdiyi açıqlamada vurğulandığı kimi "Qarışqa adam 3"ün (Ant-Man 3) prodakşnına 2021-ci ildə başlanacaq. Premyera tarixinin isə 2022-ci ildə olması gözlənilir. "Qarışqa adam" (Ant-Man), son olaraq "Qisasçılar: Final"da (Avengers: Endgame) görülmüşdü. Qəhrəmanlarımızın alternativ kainatdakı keçmişə getmələrini də yenə "Qarışqa adam" (Ant-Man) təmin etmişdi. Marvel Film Kainatının dördüncü mərhələsinə keçiş də Endgame ilə təmin edildi. Yeni mərhələdə Thor: Love and Thunder, Doctor Strange: In The Multiverse of Madness, Black Widow, Black Panther 2, Blade, The Eternals, Fantastic 4, Shang-Chi, Loki, Hawkeye, WandaVision, The Falcon and The Winter Soldier, Ms. Marvel, She HulkMoon Knight yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər