Ledi Qaqa, Gucci Cinayətindən Bəhs Edən Filmdə Yer Alacaq!

05 Noyabr, 2019


Ridli Skott (Ridley Scott), Maurizio Gucci cinayətini mövzu götürəcək yeni bir film üçün hazırlıqlara başladı. Filmin baş rolunu keçən il "Ulduz Doğuldu" (A Star Is Born) ilə adını eşitdirməyi bacaran Ledi Qaqa (Lady Gaga) üstlənəcək.

"Ülgüc Üzərində Qaçan" (Blade Runner), Alien, Thelma & Louise, "Qladiator" (Gladiator) kimi unudulmaz filmlərə imza atan Ridli Skott (Ridley Scott), bir yandan yeni filmini çəkməyə hazırlanarkən, bir yandan da növbəti proyektləri üçün ilk addımları ataraq son illərdəki ənənəsini davam etdirir. Mett Deymon (Matt Damon) və Ben Afflek (Ben Affleck) ilə birlikdə hazırladığı The Last Duel‘ın çəkilişlərinə başlamağa hazırlanan Skott, bir sonrakı filmində baş rolunu üstlənəcək adı eşitdirdi. Bu ad isə son dövrdə aktrisalıq karyerası ilə də gündəmdə olan Ledi Qaqadan (Lady Gaga) başqası deyil.

Картинки по запросу Lady Gaga to Star in Ridley Scott Movie About Murder of Gucci’s Grandson

Ledi Qaqadan (Lady Gaga) filmdə keçmiş ərini öldürməklə günahlandırılan Patrizia Reggiani’yı canlandıracaq. Keçən il "Ulduz Doğuldu"da (A Star Is Born) aktyor olaraq bugünə qədərki ən uğurlu işə imza atan və bu filmdə göstərdiyi performansıyla “Qızıl Qlobus” namizədliyi qazanan Ledi Qaqa (Lady Gaga), Ridli Skottun (Ridley Scott) Maurizio Gucci cinayətini mövzu götürən yeni filmində Patrizia Reggiani’yı canlandıracaq. Guccio Gucci’nin nəvəsi olan Maurizio Gucci’nin keçmiş əri olan Reggiani, Maurizio’nun ölümündən şübhəli olduğu səbəbi ilə günahlandırılmış və illərlə həbsxanada yatmışdı.



Sara Gay Forden‘ın The House of Gucci: A Sensational Story of Murder, Madness, Glamour, and Greed adlı romanından adaptasiya olunan filmin ssenarisini Roberto Bentivegna qələmə alır.

Ridli Skott (Ridley Scott) ilə Ledi Qaqayı (Lady Gaga) bir araya gətirməsi ilə bağlı diqqət çəkici bir proyektə çevrilən filmin haqlarını satın almaq üçün bir çox studiyanın aktiv olduğu qeyd edilir. Proyekti hansı studiyanın alacağını gözləyib görəcəyik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər