Ledi Qaqa
Aktrisa, bəstəkar, ssenarist, rejissor, prodüser
Ledi Qaqa (əsl adı Stefani Joanne Angelina Germanotta) 28 mart 1986-cı ildə Nyu-Yorkda anadan olub. “Ulduz doğulub” filmində ən yaxşı mahnıya görə “Oskar” mükafatına layiq görülüb. Ən yaxşı aktrisa nominasiyasında “Oskar” mükafatına namizəd olub. Karyerasına klublarda oxumaqla başlayıb. 2007-ci ilin sonunda prodüser Vinsent Herbert müğənnini Streamline Records leyblına yazır. 2008-ci ildə Ledi Qaqa ilk "The Fame" adlı albomunu təqdim edib. Albom kommersiya baxımından uğurlu olmaqla yanaşı, tənqidçilərin müsbət rəyini alır. 2009-cu ildə "The Fame Monster" mini albomu çıxar-çıxmaz böyük tirajla satılır. “Bad Romance”, “Telephone” və “Alejandro” sinqlları bütün dünyada məşhurlaşır. "The Monster Ball Tour" albomuna dəstək beynəlxalq turu ən çox gəlir gətirən şou kimi yadda qalıb. İkinci "Born This Way" albomu bütün dünya ölkələrinin çartlarında birinci yerləri tutub. 2011-ci ildə satış sayına görə ikinci yeri tutub. Buraxılan beş sinqldan dördü beynəlxalq hitə çevrilir “Born This Way”, “Judas”, "The Edge of Glory”. Üçüncü studiya albomu Artpop 11 noyabr 2013-cü ildə buraxılıb. Ledi Qaqanın yaradıcılığında Devid Boui, Maykl Cekson, Madonna və Queen təsiri görünür. 2011-ci ildə Ledi Qaqanın bütün dünyada 23 milyon albomu, 64 milyon sinqlı satılıb. Müğənni çoxsayda mükafatlar qazanıb. O altı “Qremmi”, 13 MTV Video Music Awards və 8 MTV Europe Music Awards mükafatlarına layiq görülüb. VH1 fikrinə görə musiqi sahəsində 100 məşhur qadın siyahısında dördüncü yeri tutub. "Time" müğənnini dünyada ən nüfuzlu şəxslərdən biri adlandırıb.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9B%D0%B5%D0%B4%D0%B8_%D0%93%D0%B0%D0%B3%D0%B0