Robert Pattinsonlu "The King"dən Yeni Treyler Yayımlandı!

29 Oktyabr, 2019


Timati Hatton (Timothée Chalamet), Robert Pattinson, Coel Edgerton (Joel Edgerton) və Ben Mendelson (Ben Mendelsohn) kimi adları bir araya gətirən, Devid Mişo (David Michôd) imzalı The King’dən yeni treyler yayımlandı. Dünya premyerasını Venesiya Film Festivalında edən The King, 1 noyabrda Netflix’də yayımlanacaq.

Bu il The Irishman, Marriage Story, The Laundromat, The Two Popes kimi mükafat sezonunda da adından söz etdirəcək diqqət çəkici proyektləri birləşdirən Netflix, önəmli adları bir araya gətirən bir digər diqqət çəkici film olan The King‘i də bu il izləyicilərin ixtiyarına verəcək.

Картинки по запросу Timothee Chalamet Battles Robert Pattinson in ‘The King’ New Trailer

The King’in rejissor kürsüsündə 2010-cu ildə ilk uzunmetrajlı filmi olan Animal Kingdom ilə adını geniş kütlələrə eşitdirən, sonrakı illərdə "Rover" (The Rover) və War Machine filmlərinə imza atan Devid Mişo (David Michôd) oturur. Mişonun ssenarisini Coel Edgerton (Joel Edgerton) ilə birlikdə qələmə aldığı film, atasının ölümünün ardından gənc yaşda İngiltərə Kralı olan V. Henry’nin bir yandan Fransa ilə davam edən müharibəni qazanmağa çalışarkən bir yandan da saray intriqaları ilə boğuşmasını mövzu götürür.



Filmdə V. Henry’ə Call Me by Your Name’dəki diqqət çəkici performansıyla “Oskar” namizədliyi qazanan gənc aktyor Timati Hatton (Timothée Chalamet) həyat verir. Filmin aktyor heyətində Timati Hattona (Timothée Chalamet), Robert Pattinson, Ben Mendelson (Ben Mendelsohn), Coel Edgerton (Joel Edgerton), Lily-Rose Depp, Şon Harris (Sean Harris) və Thomasin McKenzie kimi önəmli adlar var. The Lighthouse’dakı performansıyla yenidən haqqında danışdıran Robert Pattinson, Fransanın varis şahzadəsinə həyat verir.

Film, dünya premyerasını etdiyi 76-cı Venesiya Film Festivalında uğurla qarşılanmış olsa da, belə bir önəmli adları bir araya gətirməsindən doğan böyük gözləntiləri tam mənada qarşılaya bilmədi. Venesiyada gözlənildiyi qədər böyük bir təsir yarada bilməsə də ilin ən həyəcan verici proyektləri arasında yer alan The King, 1 noyabrda Netflixdə yayımlanacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər