Devid Mişo
Rejissor, ssenarist, prodüser
Devid Mişo – avstraliyalı rejissor, ssenarist, aktyor və prodüserdir. Daha çox “Heyvanlar aləmi” (2010) və “Rover” (2014) filmləri üzərində gördüyü işə görə tanınır. Devid Mişo 30 noyabr 1972-ci ildə Sidneydə anadan olub. Sidney orta məktəbini bitirdikdən sonra Melburna köçüb və Melburn universitetində və kinoməktəbində oxumağa başlayıb. Kinoda Mişo “Noise” qısametrajlı filminin ssenaristi və aktyoru qismində debüt edib. Sözügedən film, 2000-ci ildə çəkilib. Həmin vaxtdan bəri Mişo müxtəlif layihələrdə aktyor, rejissor və ssenarist qismində çıxış edib. 2008-ci ildə “Sandens” kinofetivalında və Berlin beynəlxalq kinofestivalında Mişonun “Cırtdan Niderland dovşanı” filmi nümayiş olunub. Film tənqidçilər tərəfindən yüksək qiymətləndirilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/David_Mich%C3%B4d