Timoti Hatton

Timoti Hatton

Aktyor

BİOQRAFİYA

Timoti Tarkin Hatton 16 avqust 1960-cı ildə Malibuda anadan olub. Atası aktyor Cim Hattondur (1934-1979). Anası Merilin Adams məktəb müəlliməsi olub. 3 yaşında olanda valideynləri yollarını ayırıb və o anasının himayəsinə keçərək, böyük bacısı ilə birlikdə Bostona köçüb. 12 yaşında olanda ailəsi Kaliforniyaya geri dönüb. 16 yaşıında atasının axtarıb tapıb və Fairfax High School məktəbində oxuduğu müddətdə onun yanında qalıb. “Oğlanlar və gəlinciklər” məktəb tamaşasında oynadığı roldan sonra aktyorluq sevdasına düşüb. Valideynlərinin dəstəyi ilə televiziyada aktyor karyerasına başlayıb. Debütünü 1979-cu ildə müxtəlif seriallarda epizodik rollarla gerçəkləşdirib. Kinoda debütü isə 1980-ci ildə Robert Redfordun “Adi insanlar” filmində baş tutub. Həmin rola görə Hatton “Qızıl Qlobus” və “Oskar” mükafatı laureate olub. Əlinə aldığı mükafatı bir il əvvəl keçilmiş atasına ithaf etdiyini bildirib. Ən yaxşı ikinci plan roluna görə “Oskar” mükafatı almış ən cavan (20 yaşında) aktyor kimi ABŞ kinematoqrafiya tarixinə düşüb. Hatton iki dəfə evil olub. İlk həyat yoldaşı aktrisa Debra Uinqerdir. Nikahları 1986-1990-illərdə davam edib. 1987-ci il təvəllüdlü Noa adlı oğulları var. 2000-ci ildə Hatton illustrator Avrora Jiskar Destena ilə ailə qurub. Həmin nikahdan 2001-ci il təvəllüdlü Maylo adlı oğlu var. Hatton və Jiskar 2009-cu ildə yollarını ayırıblar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A5%D0%B0%D1%82%D1%82%D0%BE%D0%BD,_%D0%A2%D0%B8%D0%BC%D0%BE%D1%82%D0%B8

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç