Ridli Skottun (Ridley Scott) Mett Deymon (Matt Damon) və Ben Afflekli (Ben Affleck) yeni filmi The Last Duel’də Afflekin rolunu təhvil alması üçün Adam Drayver (Adam Driver) ilə görüşülür. Afflekin isə filmdə daha kiçik bir rol üstlənməsi gözlənilir.
Son olaraq 2017-ci "Dünya Qədər Pul" (All the Money in the World) filminə imza atan peşəkar rejissor Ridli Skott (Ridley Scott), iki il aranın ardından filmlərin çəkiliş meydanlarına geri qayıtmağa hazırlaşır. "Ülgüc üzərində qaçan" (Blade Runner), Qladiator (Gladiator), Thelma & Louise kimi unudulmaz filmləri film dünyasına qazandıran Skottun bir sonrakı filminin Eric Jager‘ın eyniadlı romanından adaptasiya olunan The Last Duel olacağını bir müddət əvvəl öyrənmişdik.
Filmdə, 1997-ci il istehsalı Good Will Hunting’dən 22 il aradan sonra eyni filmdə birlikdə rol almağa hazırlaşan Mett Deymon (Matt Damon) və Ben Afflekin (Ben Affleck) yer alacağı açıqlanmışdı. Film ilk ortaya çıxdığı dövrdə gələn xəbərlər Mett Deymon (Matt Damon) və Afflekin hekayənin mərkəzindəki iki xarakteri canlandıracağı yönündəydi. Ancaq planlanan çəkim tarixinin Afflekin fərqli bir proyektlə toqquşması planlarda dəyişikliyə səbəb oldu. Afflek filmdə yer almağa davam edəcək, ancaq baş rollardan birinə deyil, köməkçi xarakterlərdən birinə həyat verəcək. Afflekin rolunu təhvil alması üçünsə, keçən il "Qara Ku-Kluks-Klan Üzvü" (BlacKkKlansman) ilə ilk “Oskar” mükafatını qazanan, bu il isə Marriage Story ilə adından təriflə söz etdirən Adam Drayver (Adam Driver) ilə görüşülür.
Ben Afflek (Ben Affleck), The Last Duel’də ilk başta açıqlanandan fərqi bir rol üstlənəcək. Killing Eve serialı ilə uğur qazanan Codi Komerin (Jodie Comer) də aktyor heyətində yer aldığı film, izləyiciyi 14-cü əsr Fransasına aparacaq və çox yaxın iki dost olan Jean de Carrouges və Jacques Le Gris arasındakı intiqam hekayəsini diqqətə alacaq. Jean de Carrouges, getdiyi müharibədən geri qayıtdığında ən yaxın dostu Jacques Le Gris’nin həyat yoldaşına təcavüz etdiyini öyrənir. Heç kimin qadına inanmadığı bir ortamda əsas xarakterimiz Jean de Carrouges, ədalətin təmin edilməsi üçün Fransa kralına səslənir və çıxan qərara görə iki dost, ölüm bahasına dueldə həyatda qalma mübarizəsi verir.
Film, mövzu etibariylə Ridli Skottun (Ridley Scott) 1977-ci ildə ilk uzunmetrajlı filmi The Duellists’i ağıllara gətirir. Filmin ssenarisini də Mett Deymon (Matt Damon) və Ben Afflek (Ben Affleck), Can You Ever Forgive Me?’nin ssenaristlərindən Nicole Holofcener ilə birlikdə qələmə alır. Filmin çəkilişlərinə gələn il başlanması planlanır.