Fantastic Beasts and Where to Find Them 3"ə Fevralda Başlanılacaq!

24 Oktyabr, 2019


Den Foqler (Dan Fogler), çəkiliş tarixi daha əvvəl iki dəfə ertələnən Fantastic Beasts and Where to Find Them 3’ün çəkilişlərinə fevral ayında başlanacağını açıqladı. Filmseverləri Harry Potter’in sirli dünyasına geri aparan "Fantastik məxluqlar" (Fantastic Beasts) seriyası, üçüncü filmlə böyük ekrandakı yolunu davam etdirəcək. Hələlik Fantastic Beasts and Where to Find Them 3 adıyla anılan davam filmi hazırlıq mərhələsində yaşanan problemlər səbəbiylə daha əvvəl iki dəfə ertələnmiş olsa da, nəhayət bu problemlər aradan qaldırılmış kimi görünür. "Fantastik məxluqlar" (Fantastic Beasts) seriyasında Jacob Kowalski xarakterinə həyat verən Den Foqler (Dan Fogler), seriyanın üçüncü filminin çəkilişlərinə gələn ilin fevral ayında başlanacağını açıqladı.

Похожее изображение

"Fantastik məxluqlar: Qrin-de-Valdın cinayətləri" (Fantastic Beasts: The Crimes of Grindelwaldın) hələ premyerası olmadan hazırlıqlarına başlanan üçüncü filmin çəkilişlərinə bu ilin iyul ayında başlanması planlanırdı. Ancaq ssenarisinin istənilən nöqtədə olmaması və studiyanın ön hazırlıq müddətinə daha çox ehtiyac duyması çəkiliş tarixinin 2019-cu ilin payızına ertələnməsinə səbəb oldu. Bu bir neçə aylıq ertələmə də filmin ön hazırlıq müddəti üçün yetərli olmadı və çəkiliş tarixi yenidən ertələndi. Üst-üstə gələn bu ertələmə qərarları seriyanın gələcəyi ilə bağlı suallar doğurmuş olsa da, Foqler’in son açıqlamaları hazırlıq mərhələsindəki problemlərin nəhayət aradan götürüldüyünü düşündürür.

Похожее изображение

Fantastic Beasts and Where to Find Them 3’cü seriyanın ilk iki filminin də rejissoru olan Devid Yeyts (David Yates) olacaq. Eddi Redmeyn (Eddie Redmayne), Ketrin Uoterston (Katherine Waterston), Den Foqler (Dan Fogler), Alison Sudol, Conni Depp (Johnny Depp) ve Ezra Miller‘in ilk iki filmdəki rollarıyla geri qayıdacağı üçüncü filmdə Cud Lounun (Jude Law) da yenidən Albus Dumbledore’a həyat verməsi gözlənilir. Digər yandan qısa müddət əvvəl yeni Catwoman olaraq seçilən Zoi Kravitsin (Zoë Kravitz) də üçüncü filmdə rol alacağı deyilir. Çəkilişlərinə fevral ayında başlanacaq olan Fantastic Beasts and Where to Find Them 3 filminin, 12 noyabr 2021-ci ildə premyerası olacaq.



 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər