Elizabet Moss "Next Goal Wins"də Rol Ala Bilər!

17 Oktyabr, 2019


Elizabet Moss (Elisabeth Moss), Tayka Vaytitinin (Taika Waititi) yeni filmi Next Goal Wins’də Maykl Fassbender (Michael Fassbender) ilə birlikdə rol ala bilər. Dünyanın ən pis futbol komandası olaraq dəyərləndirilən Amerika Samoası milli komandasını mövzu götürən filmin çəkilişlərinə qısa müddət ərzində başlanması gözlənilir.
The Handmaid’s Tale’dəki performansıyla Emmi“Qızıl qlobus” mükafatı qazanan Elizabet Moss (Elisabeth Moss), bu aralar karyerasının ən sıx dövrünü yaşayır. Bir yandan The Handmaid’s Tale serialının çəkilişləri ilə məşğulkən, digər bir yandan da rol aldığı The French Dispatch, The Invisible ManShirley filmləriylə qarşımıza çıxmağa hazırlanır.
Hətta aktrisanın gərgin iş qrafiki səbəbindən istədiyi proyektlərdə yer ala bilmədiyi də olur. Ötən günlərdə Elizabet Moss (Elisabeth Moss), The Handmaid’s Tale’ın 4-cü sezon çəkilişləriylə toqquşması səbəbindən Ceyn Kempionun (Jane Campion) yeni filmi The Power of the Dog’un aktyor heyətində ayrılmaq məcburiyyətində qalmışdı. Bu xəbərdən qısa müddət sonra Moss’la əlaqəli yeni bir yenilik ortaya çıxdı.

Картинки по запросу Elisabeth Moss Circles Taika Waititi’s Fox Searchlight Movie ‘Next Goal Wins’

The Hollywood Reporter’ın xəbərinə görə Elizabet Moss (Elisabeth Moss), bu aralar Jojo Rabbit ilə haqqında çox danışılan Tayka Vaytitinin (Taika Waititi) yeni proyekti Next Goal Wins’də rol ala bilər. Prodüser şirkəti Fox Searchlight, filmdə rol alması üçün Elizabet Mossla (Elisabeth Moss) görüşmələrini davam etdirir.

Tayka Vaytitinin (Taika Waititi) Iain Morris ilə birlikdə ssenarisini yazacağı film, 2014-cü il istehsalı eyniadlı sənədli filmdən filmə adaptasiya olunur. Film, 2001-ci ildə Avstraliyaya 31-0 yenildikdən sonra dünya medyasında “planetin ən pis futbol klubu” olaraq dəyərləndirən Amerika Samoası milli komandasını hədəf nöqtəsinə alır. Hekayənin mərkəzində isə futbolçu illərində George BestJohann Cruyff kimi əfsanələrlə yan- yana oynama şansı yaxalayan, Hollandiyalı məşqçi Thomas Rongen yer alır. Amerika Samoası’nın acınacaqlı vəziyyətdə olduğunu bildiyi halda komandanın rəhbəri olmağı qəbul edən, qərarlığı sayəsində komandanı əlindən gəldiyi qədər yaxşı səviyyəyə gətirməyə çalışan Rongen’ı Maykl Fassbender (Michael Fassbender) canlandıracaq.

Похожее изображение

2015-ci ildə sənədli filmin haqlarını satın alan Endi Serkis (Andy Serkis) və Conatan Kavendiş (Jonathan Cavendish) də filmin prodüserliyini üstlənəcək. Tayka Vaytiti (Taika Waititi), 2020-nin ilk aylarında çəkilişlərinə başlayacağı Thor: Love and Thunder’dan əvvəl Next Goal Wins’in rejissoru olacaq. Bu səbəbdən Tayka Vaytitinin (Taika Waititi), qısa bir müddət sonra Next Goal Wins’in çəkilişlərinə başlayacağını deyə bilərik.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər