Ceyn Kempion

Ceyn Kempion

Rejissor, ssenarist, prodüser, aktrisa, operator, montajçı

BİOQRAFİYA
Ceyn Kempion — yeni zenlandiyalı rejissor, ssenarist və yazıçı. “Piano” (1993) dramı Kempiona şöhrət qazandırır. Bu filmə görə o Kann kinofestivalının “Qızıl palma budağı” mükafatına və ən yaxşı ssenari kateqoriyasında “Oskar” mükafatına layiq görülür. Ceyn Kempion Yeni Zenlandiyanın Villinqton şəhərində anadan olub. 1981-ci ildə Sidney Universitetinin Sidney İncəsənət Kollecini Rəssamlıq ixtisası üzrə bitirir. Lakin Kempion rəssamlıq sənətinə son qoyaraq kinemotoqrafiyaya müraciət edir. 1980-cı ildə çəkilən “Parça” adlı filmi onun ilk qısametrajlı filmidir. 1981-ci ildə Ceyn Avstraliya kino, televiziya və radio məktəbinə daxil olur. Təhsil aldığı dörd il ərzində bir neçə qısametrajlı film çəkir. Avstraliyada kino, televiziya və radio məktəbini bitirəndən sonra o "ABC"də yaymlanan “Dancing Daze” avstraliya istehsalı ola əyləncəli serialın bir seriasının rejissoru olub. Onun ilk tammetrajlı kino sahəsində rejissor debütü “Dilbər” (1989) filmi ona Kann kinofestivalının “Qızıl palma budağı” mükafatına namizəd olub. Lakin Stiven Soderberqin “Seks, yalan və video” filmi mükafata layiq görülür. Kempionun 1990-cı ildə çəkdiyi “Masa arxasında mələk” filmi ona şöhrət qazandırır. Film yeni zenlandiyalı yazıçının bioqrafiyası və psixoloji portretini təcəssüm etdirir. Bu filmdə rejissor işinə görə o 47-ci Venesiya kino festivalında jürilərin - “Gümüş şir” xüsusi mükafatına layiq görülür. 1993-cü ildə “Piano” filmi Kempiona Beynəlxalq şöhrət qazandırır. Bu film 1993-cü ildə Kann kinofestivalının “Qızıl palma budağı” mükafatını alır, ən yaxşı rejissor işinə görə Kerriyə Avstraliya Kinematorqafiya və televiziya akademiyası (AACTA Awards) mükafatını və 1994-cü ildə “Oskar” mükafatının 66-cı təltifetmə mərasimində ən orijinal ssenari kateqoriyasında “Oskar” mükafatı qazandırır. Ceyn Kempion tarixdə ikinci qadındır ki, ən yaxşı rejissor kateqoriyasında “Oskar” mükafatı nominasiyasında adı çəkilir. Lakin film Stiven Spilberqin “Şindlerin siyahısı” filminə məğlub olub. Ceyn Kempion 1992-ci ildə Kolin Devid Enqlert ilə ailə qurub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%8D%D0%BC%D0%BF%D0%B8%D0%BE%D0%BD,_%D0%94%D0%B6%D0%B5%D0%B9%D0%BD

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç