Warner Bros. Training Day’in Prikveli Üçün Hazırlıqlara Başladı!

15 Oktyabr, 2019


Warner Bros., baş rollarıında Denzel Vaşinqton (Denzel Washington) və İtan Houkun (Ethan Hawke) yer aldığı 2001-ci il istehsalı Training Day’in əvvəlini mövzu götürən film üçün hazırlıqlara başladı.

Antuan Fukuanın (Antoine Fuqua) rejissoru olduğu 2001-ci il istehsalı Training Day; Los-Anceles Polis Təşkilatında tapşırıq alan təcrübəli narkotik detektivi Alonzo Harris’in, komandasına qatılan naşı polis Jake Hoyt’u 24 saatlıq bir təlimdə yaşanan hadisələri və Hoyt’un Harris’in çox da etik olmayan yöntəmlərini sorğulamağa başlamasını mövzu götürürdü. Xüsusilə başrol aktyorları Denzel Vaşinqton (Denzel Washington) və İtan Houkun (Ethan Hawke) performansıyla diqqət çəkən Training Day, Denzel Vaşinqtona (Denzel Washington) ikinci “Oskar”ını qazandırmış və İtan Houkun (Ethan Hawke) da ilk “Oskar” namizədliyini əldə etməsinə səbəb olmuşdu.

Похожее изображение

2017-ci ildə Training Day’in sonrasında keçən eyniadlı bir televiziya serialı da yayımlanmış, ancaq istənilən diqqəti görə bilmədiyi üçün ilk sezonun sonunda təxirə salınmışdı. Qarşıdakı dövrlərdə Training Day yeni bir adaptasiyaya kinoteatrda yer alacaq. Collider’ın xəbərinə görə Warner Bros., Training Day’in öncəsini mövzu götürən film üçün hazırlıqlara başladı.

Картинки по запросу Exclusive: ‘Training Day’ Prequel in the Works at Warner Bros.

Training Day’in öncəsini mövzu götürən yeni bir film gəlir. Nick Yarborough‘un ssenarisini yazacağı bu film, Denzel Vaşinqtonun (Denzel Washington) canlandırdığı Alonzo Harris’in gənclik illərinə hədəflənəcək və 1991-ci ildə avtomobili ilə həddindən artıq sürətlə getdiyi səbəbilə saxlanılıb, sonrasında başlayan mübahisə sonunda Los-Anceles Polis Departamenti polisləri tərəfindən döyülərək linçlənmiş Rodney King hadisələrinin iki gün əvvəlində keçəcək.

Hazırlıq müddətinin ilk mərhələlərində olan filmin rejissoru və aktyor heyəti hələ açıqlanmayıb. Zamanın ruhuna uyğun bir mövzuya sahib olan filmin izləyici tərəfindən necə qarşılanacağı maraq mövzusudur.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər