Natali Portmanlı "Lucy in the Sky"dan Yeni Treyler Yayımlandı!

30 Avqust, 2019

FargoLegion seriallarının yaradıcısı olan Noah Hawley’nin yazıb rejissoru olduğu, Natali Portmanın (Natalie Portman) baş rolunu üstləndiyi elmi-fantastik filmi “Lucy in the Sky”dan yeni treyler yayımlandı.

Son illərin sevilən seriallarından FargoLegion‘un yaradıcısı olaraq adını eşitdirən Noah Hawley, ilk uzunmetraj filmi ilə filmsevərlərin qarşısına çıxmağa hazırlaşır. Noah Hawley’nin yazıb rejissoru olduğu elmi-fantastik filmi “Lucy in the Sky”, ya da ilk başda deyildiyi adı ilə Pale Blue Dot, bu il premyerasını edəcək. Həyəcanla gözlənilən film üçün tanıtım işlərinə sürət verən Fox Searchlight Pictures, filmdən yeni bir treyler yayımladı.

Hawley’nin ssenarisini Brian C. BrownElliott DiGuiseppi’ylə birlikdə qələmə aldığı film; kosmosda keçirdiyi vaxtın ardından dünyaya qayıdan bir kosmonavtın hekayəsini danışır. Dünyaya qayıtdıqdan sonra gerçəklik bağının qopmağa başladığını hiss edən kosmonavt, çıxdığı yolda özünü qəribə hadisələrin içində tapır. Mövzusu ilə maraq oyandıran film, elmi-fantastika ilə qara komediya janrlarını birləşdirən bir xarakter olaraq təsvir edilir.



Baş rolunu “Oskar” mükafatlı aktyor Natali Portmanın (Natalie Portman) üstləndiyi filmin aktyor heyətində Portmanla yanaşı Con Hemm (Jon Hamm), Zazi Bitts (Zazie Beetz), Den Stivens (Dan Stevens), Nik Offerman (Nick Offerman), Tig Notaro, Ellen Börstin (Ellen Burstyn) ve Colman Domingo iştirak edir.

Həm Noah Hawley imzası daşıması, həm də Natali Portman (Natalie Portman) və aktyor heyəti ilə diqqət çəkən Lucy in the Sky, dünya premyerasını 11 sentyabrda 44-cü Toronto Film Festivalında edəcək. Filmin ABŞ-da 4 oktyabrda yayıma girməsi planlaşdırılır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər