Nik Offerman

Nik Offerman

Aktyor

BİOQRAFİYA

Nik Offerman 26 iyun 1970-ci ildə ABŞ-ın İllinoys ştatının Coliet şəhərində doğulub. Anası tibb bacısı, atası isə orta məktəb müəllimi işləyib. Offerman katolikdir. 1993-cü ildə İllinoys Universitetində bakalavr dərəcəsi əldə edib. Elə həmin il digər məzunlarla birlikdə “Qaba Teatr” teatrının əsasını qoyub. Offerman 2003-cü ildən aktrisa Meqan Mallalli ilə evlidir. Cütlük “Berlin Circle” pyesinin tamaşasında tanış olub. Nik Offermanın mərkəzi rollardan birinə çəkildiyi “Parklar və İstirahət zonaları” serialında həyat yoldaşı Mallallidə ikinci dərəcəli rola çəkilib. Onlar həmçinin 2013-cü ildə “Yay kralları” filmində birlikdə oynayıblar. 2013-cü ildə Offerman “Kanoyanın idarə olunması: Şirin həyat prinsipləri” adlı kitabını nəşr etdirib. Daha çox “Parklar və İstirahət zonaları” serialında oynadığı Ron Svonson rolu ilə tanınır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D1%84%D1%84%D0%B5%D1%80%D0%BC%D0%B0%D0%BD,_%D0%9D%D0%B8%D0%BA 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç