Ellen Börstin
Aktrisa, prodüser, rejissor
Ellen Börstin — amerikalı teatr, kino və televiziya aktrisasıdır. “Oskar” (1975), BAFTA (1975), “Qızıl Qlobus” (1979), “Toni” (1975), “Cini” (2008) və iki “Emmi” (2009, 2013) mükafatları laureatıdır. Aktrisa karyerasına 1958–ci ildə “Kraftın televiziya teatrı” filmindəki kiçik roldan başlayıb. Onun kinoda ilk böyük rolu 1971-ci ildə “Sonuncu kinoseans” filmində Loiz Ferrou rolu olub. Aktrisa bu rola görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub. 1973-cü ildə Ellen “İblisi qovan” qorxu filmində çəkilir. Bu rola görə də “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub. “Alisa artıq burada yaşamır” (1974) filmində Alisa Hayatt rolunu ifa edəndən sonra məşhurlaşdı. Oynadığı rola görə “Oskar” və BAFTA mükafatlarına layiq görülüb, “Qızıl Qlobus” mükafatlarına namizəd olub. Aktrisa “Gələn il eyni saatda” (1978), “Dirilmə” (1980) “Arzu üçün rekviem” (2000) filmlərdə çəkildiyi rollara görə 1979, 1981 və 2001-ci illərdə də “Oskar” mükafatlarına namizəd olub. 1975-ci ildə “Pyesdə ən yaxşı qadın rolu” nominasiyasında “Toni” teatr mükafatına layiq görülüb. Ellen Börstin televiziyada da uğurlar qazanıb. 2009-cu ildə “Qanun və qayda: Xüsusi korpus” (1999) dramatik teleserialında ən yaxşı qadın rolunun ifaçısı kimi və “Siyasətçilər” (2012) “mini serial və ya filmdə ən yaxşı ikinci dərəcəli qadın rolu”na görə “Emmi” mükafatına layiq görülüb.
Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%AD%D0%BB%D0%BB%D0%B5%D0%BD_%D0%91%D1%91%D1%80%D1%81%D1%82%D0%B8%D0%BD