Kianu Rivzin "The Matrix 4" Filminin Çəkiləcəyi Rəsmən Açıqlandı!

22 Avqust, 2019


Lana Vaçovskinin (Lana Wachowski) yazıb, rejissoru olacağı, Kianu Rivz (Keanu Reeves) və Kerri-En Mosun (Carrie-Anne Moss) baş rollarını üstlənəcəyi yeni The Matrix filmi Warner Bros. tərəfindən eşidildi. “The Matrix 4” olaraq anılan filmin çəkilişlərinə gələn il başlanması gözlənilir.

Film tarixinin unudulmaz film seriyaları arasında yer alan The Matrix, illər sonra yeni bir filmlə böyük ekrana geri qayıdır. Project Ice Cream adı altında hazırlandığı uzun müddətdir danışılan yeni Matrix filmi, bugün Warner Bros. Picture Group rəhbəri Tobi Emmerix (Toby Emmerich) tərəfindən rəsmən eşidildi.

Картинки по запросу ‘Matrix 4’ Officially a Go With Keanu Reeves, Carrie-Anne Moss and Lana Wachowski

Üstəlik yeni “Matrix” filmi əsas üçləmənin önəmli adlarını bir araya gətirəcək. Son olaraq “Sense8”də rejissor kürsüsünə oturan Lana Vaçovskinin (Lana Wachowski) yazıb, rejissoru olacağı filmin baş rollarını Kianu Rivz (Keanu Reeves) və Kerri-En Mos (Carrie-Anne Moss) üstlənəcək. “The Matrix” kainatına Lana Vaçovski (Lana Wachowski) ilə geri qayıdacaqları üçün olduqca həyəcanlı olduqlarını deyən Tobi Emmerix (Toby Emmerich), Lana Vaçovskinin (Lana Wachowski) bu yeni “Matrix” filmini yazıb, rejissoru olacağını və prodüserliyini üstlənəcəyini açıqladı.

Lana Vaçovskinin (Lana Wachowski) ssenarisinin Aleksander HemonDavid Mitchell ilə birlikdə qələmə aldığı yeni “The Matrix” filmi mövzusunda haqqında hər hansı bir detal paylaşılmamış olsa da, Kianu Rivz (Keanu Reeves) və Kerri-En Mosun (Carrie-Anne Moss) Neo və Trinity rolları ilə geri qayıdacaq olması, hekayənin qaldığı yerdən davam etme ehtimalını qüvvətləndirir.

Картинки по запросу ‘Matrix 4’ Officially a Go With Keanu Reeves, Carrie-Anne Moss and Lana Wachowski

Daha əvvəl çıxan xəbərlərdə "Krid" (Creed) və "Qara Bəbir" (Black Panther) kimi filmlərlə tanınan Maykl B.Cordanın (Michael B. Jordan) yeni bir “Matrix” filminin baş rolunu üstlənə biləcəyi iddia edilirdi. Ancaq Tobi Emmerixin (Toby Emmerich) açıqlamasında Cordandan söz etməməsinə bir də RivzMoss’un geri qayıdacaq olması da, Cordan’ın filmdə rol alacağı yönündəki söyləntilərin gerçək olmadığını göstərir. Hələlik “The Matrix 4” olaraq anılan filmin çəkilişlərinə gələn ilin ilk aylarında başlanması planlaşdırılır.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər