Qari Oldmenin Yer Aldığı “Mary”dən Treyler Yayımlandı!

10 Avqust, 2019


"Zülmət zamanı"ndakı (Darkest Hour) performansıyla “Oskar” qazanan Qari Oldmen (Gary Oldman) və Emily Mortimer’ın baş rollarında yer aldığı qorxu filmi “Mary”dən treyler yayımlandı. "Drakula" (Dracula), "Əsl məhəbbət" (True Romance), "Lion" (Léon) və Tinker Tailor Soldier Spy filmlərindəki rolları ilə yaddaşlarda qalan, Harry Potter seriyasında canlandırdığı Sirius Black xarakteri ilə ürəkləri feth edən Qari Oldmen (Gary Oldman), Winston Churchill’i canlandırdığı "Zülmət zamanı"ndakı (Darkest Hour)i performansıyla “Oskar” qazanmışdı. "Zülmət zamanı"ndan (Darkest Hour) sonra kəskin janrdakı Hunter Killer filmində rol alan Oldmen, Mary filmiylə qorxu janrındakı filmdə də özünü göstərdi.

mary-gary-oldman-emily-mortimer

“Mary”, ailəsi üçün daha gözəl bir həyat qurmağa çalışan kapitan David’i hədəf götürür. Bir gəmi kirayələmə şirkəti qurmaq istəyən David və ailəsi, açıq dənizdə yol getmək üçün bir vaxtlar dəhşətverici sirləri olan bir gəmi satın alır. Zaman keçdikcə qəribə və qorxuducu hadisələr bu ailəyi terorizə etməyə başlayır. Ailə üzvləri arasında gərgin anlar yaşanarkən həyatda qalma mübarizəsi gedir.



Yayımlanan treylerdən anladığımız qədər film, həm keçdiyi məkan, həm də gəminin insanlara saçtığı dəhşət baxımından “Ghost Ship” filmini xatırladır. Film, özünəməxsus bir mövzuya sahib olmamasına rəğmən maraq yaratmağı bacarır. Karyerasını görüntü rejissoru olaraq formalaşdıran Michael Goi‘nin rejissoru olduğu filmin ssenarisini “The Shallows” filminin ssenaristi Anthony Jaswinski qələmə alır.

Qari Oldmenlə (Gary Oldman) bərabər Emily Mortimer, Jennifer Esposito, Stefanie Scott, Owen Teague, Michael Landes‘in aktyor heyətində yer aldığı filmin, Amerikada 11 oktyabrda premyerası olacaq.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər