Tom Hardili “Venom 2”yə Endi Serkis Rejissorluq Edəcək!

08 Avqust, 2019


Tom Hardi (Tom Hardy) Eddie Brock rolu ilə geri qayıdacağı “Venom 2”ni, daha əvvəl "Nəfəs al" (Breathe) və "Mauqli"nin (Mowgli) rejissor kürsüsünə oturan Endi Serkis (Andy Serkis) rejissorluq edəcək. Sony’nin "Hörümçək adam" (Spider-Man) komiksindəki xarakterlərə hədəflənən yeni bir film kainatını qurma planı daxilində çəkdiyi “Venom”, 2018-ci ildə premyerası oldu. Ruben Fleyşerin (Ruben Fleischer) rejissoru olduğu, Tom Hardinin (Tom Hardy) baş rolunu üstləndiyi film tənqidçilər tərəfindən bəyənilmədi, amma buna rəğmən kassada olduqca yaxşı bir performans göstərdi. Film kassada 856 milyon dollar məğləğə çatdığı üçün, davam filmi də qaçınılmaz oldu.

Ä°lgili resim

Bir müddət əvvəl hazırlıqlarına başlanan “Venom 2” yavaş-yavaş formalaşır. “Venom”un prodüserlərindən Amy Pascal’ın keçən günlərdə, Tom Hardinin (Tom Hardy) davam filmi üçün geri qayıdacağının açıqlanmasının ardından bugün də filmin rejissor kürsüsünə kimin oturacağı məlum oldu.

“Venom”un davam filminə kimin rejissorluq edəcəyi ilə bağlı ilk xəbərlər ötən günlərdə ortaya çıxmış və Sony’nin filmin rejissoru olması üçün, həm rejissor, həm də aktyor olaraq tanınan Edni Serkis (Andy Serkis), Kubo and the Two Strings ilə təsiredici bir stop-motion animasiyaya imza atdıqdan sonra Bumblebee’yin rejissoru olan Travis KnightThe Escapist, Rise of the Planet of the Apes, Captive State kimi filmlərlə tanınan "Qumarbaz" (Rupert Wyatt) ilə görüşdüyü vurğulanmışdı. Bu görüşlərin sonunda qərarını verən studiya, “Venom 2”ni rejissoru olması üçün Edni Serkis (Andy Serkis) ilə razılaşdı.



Həm aktyor, həm də rejissor olaraq motion-capture texnikası ilə təsiredici işlərə imza atan Edni Serkis (Andy Serkis), The Lord of the Rings üçləməsində Gollum’a, yeni Planet of the Apes seriyasında isə Cesar’a motion-capture teknologiyası sayəsində həyat verdi. Edni Serkis (Andy Serkis) rejissor olaraq isə "Nəfəs al" (Breathe) və "Mauqli"nin (Mowgli) kimi filmlərə imza atdı.

İlk filmin də ssenaristi olan Kelli Marselin (Kelly Marcel) ssenarisini qələmə aldığı “Venom 2”nin 2 oktyabr 2020-ci ildə premyerası gözlənilir. Tom Hardi (Tom Hardy) ilə yanaşı, ilk filmin sonunda Carnage olaraq qısa olaraq görünən Vudi Harrelsonun (Woody Harrelson) da davam filmində yer alması gözlənilir. Ancaq hələ bu mövzuda rəsmi bir açıqlama verilməyib.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər