Stallone və Lundqren "The International"da Yer Alacaq!

07 Avqust, 2019


Silvestr Stallone (Sylvester Stallone) və Lundqrenin, The International adlı kəskin janrlı dram serialında yer alacaq. Rocky seriyasında birlikdə rol alan Silvestr Stallone (Sylvester Stallone) və Dolf Lundqren, yeni bir proyekt üçün yenidən bir araya gəlir. Bu dəfə yer alacaqları proyekt televiziya serialı olacaq. Kəskin ve dram janrındakı serialın adı isə The International olacaq.

The International adlı televiziya serialı proyektində Silvestr Stallone (Sylvester Stallone), prodüserliyini üstlənəcək. Son vaxtlar “Qaçış Planı 3”lə məşğul olan; Rocky seriyasının və Rambo seriyasının yeni filmləri üzərində çalışan Stallone'nin The International'ın aktyor heyətində yer alıb almayacağı hələ məlum deyil.

Ä°lgili resim

Ancaq Rocky seriyasının Drago'su olaraq izlədiyimiz Dolf Lundqrenin serialda baş rolu üstlənəcəyi dəqiqlik qazanmış kimi görünür. Deyilənlərə görə serial proyekti üç ayrı yayım kanalına satılıb. Bu kanallar isə Fox, NBC və CBS-dir. Bundan əlavə Netflix və Apple da The International ilə maraqlanır kimi görünür. Serialın ssenarisi The Replacement Killers, Scar City, Lone Hero, Reef Break kimi proyektlərdən tanıdığımız Ken Senzel (Ken Sanzel) tərəfindən qələmə alınır. Dolf Lundqrenin serialdakı rolu, Amerika Birləşmiş Ştatlarının gizli agenti olacaq. Bu agent eyni zamanda SWAT komandasının əsirləri azad etmək üzrə danışıqlar aparan şəxsi olacaq.

Dolph Lundgren-Sylvester Stallone ile ilgili görsel sonucu

Əgər hər şey yolunda gedərsə, serialın ilk seriyasına Silvestr Stallone (Sylvester Stallone) rejissorluq edəcək. Eyni zamanda proyektə Balboa Productions da daxil olacaq. StalloneDolf Lundqrenin bilindiyi kimi Rocky IV'ten bu yana birlikdə çalışır. Bundan əlavə Lundqreni The Punisher, Dark Angel, Cəhənnəm Mələkləri seriyası, Arrow, "Akvamen" (Aquaman) kimi proyektlərdə izləmə imkanı əldə etmişdik. Stallone isə hal-hazırda "Rambo V"in hazırlıqları ilə məşğul olur. Rambo V: Last Blood'da keçmiş əsgər olan "John Rambo"yu Arizonadaki bir fermada yaşarkən güclü travmadan sonra streslə mübarizə aparmağa çalışan biri kimi görəcəyik. Nə qədər John Rambo özünü bəladan uzaqlaşdırmağa çalışsa da, bəlayı özünə çəkəcək kimi görünür. The International serialının nə vaxt həyata keçiriləcəyi isə hələ bilinmir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər