N.Kidman və E.Elqortlu "The Goldfinch"dən Treyler Yayımlandı!

26 Iyul, 2019


Brooklyn ilə tərif toplayan John Crowley’nin rejissoru, Nikol Kidman (Nicole Kidman) və Ensel Elqortun (Ansel Elgort) baş rolu üstləndiyi The Goldfinch’dən yeni treyler yayımlandı. 2015-ci ildə Brooklyn ilə o ilin ən çox danışılan filmlərindən birinə imza atan John Crowley, dörd illik fasilənin ardından böyük ekrana geri qayıdır. Crowley’nin maraqla gözlənilən yeni filmi The Goldfinch, bu il filmsevərlərin ixtiyarına veriləcək. Donna Tartt’ın yazdığı Pulitzer mükafatlı eyniadlı romandan adaptasiya olunan film üçün tanıtım işlərinə sürət verən Warner Bros., filmdən yeni bir treyler yayımladı.

Ä°lgili resim

FrankTinker Tailor Soldier Spy filmlərinin ssenaristi Peter Straughan, filmin ssenarisini qələmə alarkən, filmin aktyor heyətində Nikol Kidman (Nicole Kidman), Ensel Elqort (Ansel Elgort), Sara Polson (Sarah Paulson), Finn Fulfrad (Finn Wolfhard), Ceffri Rayt (Jeffrey Wright), Lük Uilson (Luke Wilson) kimi adlar yer alır.



The Goldfinch, anası ilə birlikdə bir incəsənət muzeyini ziyarət edərkən meydana gələn bombalı terror hücumundan sağ qurtulan ancaq bu hadisə nəticəsində anasını itirən Theodore Decker’in yaşayışını mövzu götürür. Yaşadığı itkinin ardından varlı bir ailə tərəfindən övladlıq götürülən Theo, bir yandan yeni yaşamına alışmağa çalışarkən, digər yandan özünü anasından geriyə qalan sirli kiçik bir portret sayəsində sənət dünyasının içərisində tapır. Filmdə Theo’yu, "XataBala"dakı (Baby Driver) performansıyla çox danışılan Ensel Elqort (Ansel Elgort) canlandırır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər