"Stillwater" Filminin Baş Rolunu Mett Deymon Üstlənəcək!

23 Iyul, 2019


"Diqqət Mərkəzində" (Spotlight) “Oskar” mükafatlı rejissoru Tom Makkartinin (Tom McCarthy) yeni filmi, baş rolunu Mett Deymonun (Matt Damon) üstləndiyi Stillwater olacaq. The Station AgentThe Visitor kimi bəyənilən sərbəst filmlərə imza atdıqdan sonra Ən Yaxşı Film “Oskarı”nı qazanan "Diqqət Mərkəzində" (Spotlight) ilə adını geniş kütlələrə eşitdirən Tom Makkarti (Tom McCarthy), yeni filmi Stillwater üçün hazırlıqlara başladı. May ayında, daha əvvəl "Diqqət Mərkəzində"də (Spotlight) da McCarthy ilə çalışan Participant Media tərəfindən haqları satın alınan filmin baş rolunu “Oskar” mükafatlı aktyor Mett Deymon (Matt Damon) üstlənəcək.

Matt Damon Teams with ‘Spotlight’ Director Tom McCarthy on New Film ile ilgili görsel sonucu
Tom Makkartinin (Tom McCarthy) ssenarisini Thomas BidegainNoé Debré ilə birlikdə qələmə aldığı film; neft qazma qurğusunda çalışan Amerikalı bir adamın, işləmədiyini söylədiyi bir cinayət səbəbindən həbsdə olan qızını ziyarət etmək üçün Marsilya’ya getməsilə başlayır. Bir müddətdir aralarının yaxşı olmadığı qızını qurtarmaq üçün əlindən gələni etməyə qərarlı olan atanın; bilmədiyi bir dil, mədəniyyət fərqlilikləri və qarmaşıq bir qanuni sistemlə baş etməsi lazım gələcək. Bütün bunlarla boğuşarkən Marsilyalı bir qadın və gənc qızı ilə dostluq quran adam, özü və dünyadakı yeri haqqında yeni şeylər kəşf edəcəyi daxili bir səyahətə çıxacaq.


Ä°lgili resim

"Stillwater"ın prodüserliyini üstlənən Liza ChasinJonathan King, film haqqında yayınladıqları açıqlamada: “Tom, Thomas və Noé, get-gedə daha iç-içə amma bölünmüş vəziyyətdə olan dünyamızla necə münasibət qurduğumuzu sorğulatan bir film hazırlayır. Mett bütün bunların mərkəzində yer almaq üçün mükəmməl bir aktyordur.” sözlərini qeyd etdi.

"Diqqət Mərkəzində"nin (Spotlight) baş rolunu üstlənməsi üçün Mark Ruffalo ilə razılaşmadan əvvəl rol üçün Mett Deymon (Matt Damon) ilə görüşülmüş, ancaq Deymon təqvimində boşluq olmadığı üçün proyektdə yer ala bilməmişdi. "Diqqət Mərkəzində"nin (Spotlight) ardından Tom Makkartinin (Tom McCarthy) ilə əlaqədə qalan Deymonun rejissorla çalışmaq istədiyi və "Stillwater"ın ssenarisini oxur-oxumaz proyektdə yer almağı qəbul etdiyi vurğulanır.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər