Tom MakKarti

Tom MakKarti

Aktyor, ssenarist, rejissor

BİOQRAFİYA

Tomas Cozef MakKarti 7 iyun 1966-cı ildə Nyu-Cersi ştatında (ABŞ) anadan olub. Uşaq vaxtlarından kino və teatrla maraqlanmağa başlayıb. 1988-ci ildə T. MakKarti Boston kollecini bitirir, daha sonra isə Yel Universitetinin dram fakültəsinin məzunu olur. “Valideynlərlə tanışlıq”, Klint İstvudun “Atalarımızın bayraqları”, "Bredli" filmlərində çəkilib. ”Dinləmə” televiziya serialındakı jurnalist Skott Templten obrazından sonra məşhurlaşmağa başlayır. Tomas MakKartinin rejissorluq debütü şəxsi ssenarisi əsasında ekranlaşdırdığı “Stansiya gözətçisi” filmi olub. Film "Ən yaxşı orijinal ssenari"yə görə BAFTA mükafatı qazanıb. MakKartinin “Ziyarətçi” adlı ikinci filminin premyerası 2007-ci ildə Toronto kinofestivalında baş tutur. 2016-cı il ildə MakKartinin çəkdiyi “Diqqət mərkəzində” dramı “Ən yaxşı film” və “Ən yaxşı orijinal ssenari” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Tom_McCarthy_(director 

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç