Xavyer Bardem "Kiçik Su Pərisi" Filmində Rol Ala Bilər!

20 Iyul, 2019

Ötən illərdə "Sindirella" (Cinderella), Pete’s Dragon və "Gözəl və Bədheybət" (Beauty and the Beast) kimi klassik animasiya filmlərini yenidən çəkən Disney; bu strategiyaya uyğun olaraq irəlidəki müddətdə kişi qiyafəsinə girib, müharibəyə gedən gənc bir qızın hekayəsini danışan Mulan, 2002-ci il istehsalı animasiya filmi "Lilo və Stiç" (Lilo & Stitch), "Ağca və ovçu" olaraq bildiğimiz Snow White filmlərini də izləyici qarşısına çıxarmağı planlayır.

Live-action olaraq izləyəcəyimiz bu priyektlərə bir yenisi dahaəlavə olunur. Keçən aylarda Disney, 1989-cu il istehsalı animasiya klassikası "Kiçik su pərisi" (The Little Mermaid) canlı action olaraq hayata keçir üçün işlərə başlamış, filmin rejissor kürsüsünə Chicago, "Geyşanın memuarları" (Memoirs of a Geisha), Into the Woods proyektlərinə imza atan Rob Marshall gətirilmişdi. Rejissorun Mary Poppins Returns filmində birlikdə çalışdığı Devid Maqi (David Magee), "Kinqsmən" (Kingsman) seriyasının ssenaristlərindən Ceyn Qoldman (Jane Goldman) ilə bərabər filmin ssenarisini qələmə alır.

Javier Bardem in Talks to Play King Triton in Disney’s ‘Little Mermaid’ ile ilgili görsel sonucu

Həyəcanla gözlədiyimiz filmin aktyor heyəti ilə bağlı xəbərlər yavaş-yavaş gəlməyə başladı. Grown-ish serialı böyük irəliləyiş əldə edən Halle Bailey su pərisi Ariel olaraq qarşımıza çıxacaq. The Room, The Predator, Wonder filmləri ilə karyerası yüksəlişə keçən Jacob Tremblay, Ariel’in en yakın dostu Flounder’a həyat verəcək. Bu il The Farewell ilə adından söz etdirən Awkwafina isə martı Scuttle’ı səsləndirəcək.

Bununla bərabər filmlərin pərdə arxasında dolaşan bir xəbərə görə Melissa Makkarti (Melissa McCarthy), su pərisi Ariel’in bir insan olma arzusunu yerinə gətirən Ursula rolunu canlandırması üçün prodüser komandası ilə görüşmə vəziyyətindədir. Eyni zamanda Kristofer Nolanın (Christopher Nolan) Dunkirk filmi ilə böyük ekrana addım atan One Direction qrupunun keçmiş üzvü Harry Styles‘ın da şahzadə Eric’e həyat vermək üzrə heyətə daxil ola biləcəyi danışılır.

Javier Bardem in Talks to Play King Triton in Disney’s ‘Little Mermaid’ ile ilgili görsel sonucu

Bu iki adın yanında filmdə rol alması üçün çox vacib bir aktyorun da keçir. Bu adam isə ən son Everybody Knows filmində filmsevərlərin qarşısına çıxan Xavyer Bardemdən (Javier Bardem) başqası deyil. Variety’nin xəbərinə görə Xavyer Bardemdən (Javier Bardem), Ariel’in atası Kral Triton rolu üçün prodüser komandası ilə görüşlərini davam etdirir. Filmdə rol alması üçün Xavyer Bardemin (Javier Bardem) arxasınca düşən Disney, göründüyü kimi təsiredici bir aktyor heyətini bir araya gətirmək üçün əlindən gələni edir.

 

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər