Devid Maqi
Ssenarist
Devid Maqi – amerikalı ssenaristdir. 2004-cü ildə baş rola Conni Depp və Keyt Uinsletin çəkildiyi “Sehrli diyar” filminə yazdığı ssenariyə görə “Oskar” və “Qızıl Qlobus” mükafatlarına namizəd olub. 2008-ci ildə ekranlara çıxan “Xanım Pettiqrü eyni günü yaşayır” filminin ssenari müəllifidir. Baş rollara Frensiz MAkdormand və Emi Adams kimi ulduzlar çəkilib. 2012-ci ildə Yann Martelin yazdığı “Pi-nin həyatı” romanının ekran adaptasiyasının premyerası baş tutub. Film ona ən yaxşı adaptasiya olunmuş ssenari kateqoriyasında “Peyk” mükafatı və “Oskar” nominasiyası qazandırıb. 2018-ci ildə Disney studiyasının sifarişi ilə “Meri Poppins Qayıdır” müziklına ssenari yazıb. Rob Marşalın lentlə aldığı filmdə baş rollara Emili Blant və Lin-Manuel Miranda çəkilib. Filmin 2018-ci ilin dekabrında ekranlara çıxacağı gözlənilir. Maqi eyni zamanda “Narniya xronikaları” saqasından olan növbəti filmin ssenaristidir.
For more information press the link below: