Tamara Gözəlova

Tamara Gözəlova

aktrisa, diktor və mədəniyyət xadimi

BİOQRAFİYA

Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, Içərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 65-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 56-59-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan Tamara Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub. 1956-cı il mayın 1-də efirə çıxıb. Lakin 1956-cı ilin yayında instituta qəbul olunduğundan diktorluq fəaliyyətinə son qoyub.

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəyovun eyni adlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında “Məşədi Ibad” adıyla məşhurlaşan “O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.

Ailəlidir, bir övladı var.

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç