Alessio Boni
Aktyor
Alessio Boni 4 iyul 1966-ci ildə İtaliyada anadan olub. 14 yaşında məktəbi tərk edərək atası ilə birlikdə kirəmit ustası işləyib. 1986-1988-ci illərdə San-Dieqoya, ABŞ-a köçüb. Burada ofisant işləyib, pitsa hazırlayıb, qəzet satıb. 1990-cı ildən teatrda aktyorluq karyerasına başlayıb. 1998-2001-ci illərdə çəkildiyi “İtalyansayağı ehtiras” serialındakı doktor Marko Oberon rolu ilə şöhrət qazanıb. Ən yaxşı rolları bunlardır: “Gənclərdən ən yaxşısı” filmində Matteo Qarati, “Əgər doğuldunsa, artıq gizlənə bilməzsən” filmində Bruno, “Əlvida, sevgilim”də Corco Pelleqrini, Lev Tolstoyun eyniadlı əsəri əsasında çəkilmiş “Hərb və sülh” televiziya filmində Andrey Bolkonski.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: