Rza Rzayev 17 may 1973-cü ildə Naxçıvan MSSR-nın Şahbuz rayonunda anadan olub. İdarəetmə və Biznes İnstitutunun Hüquq Fakültəsini bitirən Rza Rzayev Dövlət İdarəçilik Akademiyasında ikinci təhsil alıb. 2014-cü ildə Türkiyənin Beykent Universitetinin Sinema və Televiziya fakültəsində magistr təhsili almağa başlayıb. 2015-ci ildə tarixdə ilk dəfə Nyu-York Film Akademiyası Türkiyəyə kurs keçməyə gəlir və Rza Rzayev akademiyada 80-ci illərin əfsanəvi rejissoru Shelton Gilbert'dən rejissorluq sənətinin incəliklərini öyrənir. 2014-cü ilədək Naxçıvan Muxtar Respublikasının Bakıdakı Nümayəndəliyində müşavir vəzifəsində çalışıb. İlk dəfə rejissor Rövşən Almuradlının ekranlaşdırdığı “Bəsdir, ağlama!” filmində çəkilib. Ondan sonra “Ünvansız qız” teleserialında Rəşad obrazını canlandırıb. “Ünvansız qız” serialından sonra kino aləmindən uzaqlaşır, bütün dəvətlərdən imtina edir. Uzun fasilədən sonra “Cavad xan” filmində əsas rola - Cavad xanın oğlu roluna dəvət olunur. Ancaq bəzi səbəblərə görə bu filmdə oynamaq istəmir. Rejissor Aqil M. Quliyev “Sarı gəlin” klipini çəkəndə türk komandiri rolunu oynamağa dəvət olunur və bu klipdə çəkilir. Ondan sonra “Niyyət” filminə dəvət alan Rza Rzayev bu filmdə qumarbaz obrazını canlandırır. Rejissor Elxan Cəfərovun dəvətilə 2012-ci ildə "Dolu" filminə dəvət alan aktyor yaratdığı "Drakon" obrazı ilə milyonların sevgisini qazanır. 2015-ci ildə rejissorun digər filmi "Yarımçıq xatirələr"də Cavanşir rolunda çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:
https://az.wikipedia.org/wiki/Rza_Rzayev