1989,
, 16+
Ölsəm Bağışla Forgive Me If I Die
Bədii Film
Dram
Məhəbbət
9.17 TvSeans
8.7 IMDb
0 Kinopoisk
Təsvir
Ölsəm Bağışla filminin mövzusu haqqsızlıqlara qarşı mübarizə və iki gənc arasındakı məhəbbət haqqındadır. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Filmin baş qəhrəmanı olan Yusif xasiyyətcə mülayim biridir. Lakin, həyat onu bir çox sınaqdan keçirərək sərtləşdirir. Hər addımında haqsızlıqlarla üzləşən Yusif onlara qarşı təkbaşına mübarizə aparmalı olur. Film İkinci Dünya Müharibəsi illərinə təsadüf edir. Yusif müharibədə olarkən, onun ən böyük arzusu müharibə bitən kimi sevdiyi qız Gulya ilə evlənib xoşbəxt həyat sürmək olur. Lakin, müharibədən sonra Gulyanın onu gözləməyib başqası ilə ailə qurduğunu öyrənir. Həmçinin, atasının da haqqsız yerə məhkum edilməsi Yusifə ikinci zərbəni vurur. O, nə etməli: Hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalıdır?!
www.TVSEANS.com saytında HD keyfiyyətdə "Ölsəm Bağışla" filminə onlayn baxın.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar
Çəkiliş Qrupu
Kadrlar
Məlumat üçün açıb oxuya bilərsiniz: https://az.wikipedia.org/wiki/%C3%96ls%C9%99m..._ba%C4%9F%C4%B1%C5%9Fla_(film,_1989)
Film plyonkadan rəqəmsal formata çevrilib, itmiş, küy olan səs və dialoq hissələri bərpa edilib. Lentdə olan yanıq, cızıq, küy, səhnələrin əsməsi və s. aradan qaldırılıb. Filmdə rejissorun rəngli və rəngsiz kadrlardan istifadə etməsini nəzərə alaraq bildirim ki, rəngsiz kadrların rəngli olunması müəllif hüquqlarının tapdalanması deməkdir. Filmin müəllifindən başqa heç kəs bunu dəyişə bilməz. Belə ki, bu hal filmdə xüsusi məna kəsb edir. Film dilində gələcəyə ümid, qarşıda işıqlı günlərin olmasına inam var mənasını verir.
Texniki məlumatlar 10 hissə
2516 metr
35 mm
Rəng ağ-qara (rəngli kadrlarla)
Çəkiliş yeri Bakı
Film plyonkadan rəqəmsal formata çevrilib, itmiş, küy olan səs və dialoq hissələri bərpa edilib. Lentdə olan yanıq, cızıq, küy, səhnələrin əsməsi və s. aradan qaldırılıb. Filmdə rejissorun rəngli və rəngsiz kadrlardan istifadə etməsini nəzərə alaraq bildirim ki, rəngsiz kadrların rəngli olunması müəllif hüquqlarının tapdalanması deməkdir. Filmin müəllifindən başqa heç kəs bunu dəyişə bilməz. Belə ki, bu hal filmdə xüsusi məna kəsb edir. Film dilində gələcəyə ümid, qarşıda işıqlı günlərin olmasına inam var mənasını verir.
təəssüfləndirməkdə davam eridirsiz.