2005-ci ildir. Koreyanın Çhonan şəhərində böyük nüfuza malik olan kriminal avtoritet Çan Don-Su hadisələrin gözlənilməz məcrası nəticəsində silsilə qatilin hücumuna məruz qalır. Mücadilədən hər ikisi yaralı ayrılır. Xəstəxanada ona məlum olur ki, sən demə, Çan həmin motivləri bəlli olmayan manyakın əlindən sağ çıxmış yeganə qurbandır. Hadisə həm də onun “kriminal nüfuz”una böyük xələl gətirir və nüfuzunu bərpa etmək üçün onun həmin silsiləvi qatili tutub işgəncə ilə öldürməkdən başqa əlacı qalmır. Yerli polis müstəntiqi Çon The-sok qanqsterlərə, xüsusən Çana nifrət bəsləsə də, silsiləvi qatili tapmaq üçün onunla səylərini birləşdirməli olur...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar