Ma Don-sok
Aktyor
Ma Don-sok – koreyalı aktyordur. 1 mart 1971-ci ildə Cənubi Koreyada anadan olub. ABŞ-da səhiyyə və fiziki tərbiyə ixtisası üzrə Kolumbus Dövlət Universitetinin məzunu olub. Mark Kolman və Rendlmen kimi tanınmış döyüşçülərin şəxsi məşqçisi kimi məşhurlaşıb. Vətəninə geri döndükdən sonra peşəsini dəyişərək, aktyor karyerasına qədəm qoyub. İlk rolunu 2007-ci ildə “Qorxulu yuxularımın kişisi” (2007) filmində oynayıb. Elə həmin il “Silsilə qətllər şöbəsi” adlı kriminal-detektiv serialının çəkilişinə qatılıb. 2011-ci ildə Kan Yö-vonun baş rolda iştirakı ilə “Zirək” adlı blokbasterə çəkilib. Daha sonra “Adsız quldur” filmində rol alıb. 2012-ci ildə “Qonşular” filmində ikinci plan rol oynayıb və həmin rola görə “Mavi əjdaha” mükafatına namizəd olub. Elə həmin il aktyor “Seks-oyuncaq” filmində baş rolda çəkilib. 2016-cı ildə ona populyarlıq qazandırmış “Busan qatarı” adlı qorxu filmində baş rollardan birini oynayıb. 2019-cu ildə isə “Quldur, polis, iblis” filmində quldur rolunda çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Ma_Dong-seok