Kim Gü-ri

Kim Gü-ri

Aktrisa

BİOQRAFİYA

Kim Gü-ri – koreyalı aktrisadır. 16 avqust 1979-cu ildə Cənubi Koreyada anadan olub. 1999-cu ildə “Memento Mori” filmində oynadığı rolu ilə debüt edib. Kim Gü-ri daha əvvəl Kim Min-son adı ilə tanınırdı. Hərçənd ailə vəziyyətinin dəyişməsi ilə əlaqədar 2009-cu ildə indiki soyadını qəbul edib. Yeni adı ilə ilk dəfə 2010-cu ildə “Sənə məhəbbəti öyrədərəm” dramında çıxış edib. 2008-ci ildə internet səhifəsindəki yazdığı qeydi ilə əlaqədar böyük qalmaqalın mərkəzində olub. Kim Gü “ABŞ-dan dana ətinin idxalını qadağan edin. Bütün ətlərdə BSE virusu var” deyə yazıb. Həmin ilin avqust ayında “A-Meat USA” şirkəti onu məhkəməyə verərək, iftiraya görə 250 min dollar məbləğində kompensasiya tələb edib. Ancaq aktrisa öz iddiasından dönməyib və 2010-cu ildə çəkişmədən qalib ayrılıb. 2005-ci ildə isə Kim Gü-ri şəxsi həyatına müdaxilə iddiası ilə “Entertainment X-File” teleproqramını məhkəməyə verib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Kim_Gyu-ri_(actress,_born_August_1979)

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç