Film, sevən ər və qayğıkeş atadan məhrum olan bir finn ailəsinin həyatını rəvayət edir. Tənha ana olan Leyla peşəcə aktrisadır. Bir filmin uğursuz və qalmaqallı premyerasından sonra iki oğlunu da götürərək, şəhərkənarında yerləşən evə köçür. Leyla diqqət mərkəzində olmağa alışıb və tənha yaşaya bilmir. Ona görə həftə sonuna yeni evinə avaragur və bir qədər ekstravaqant dostlarını dəvət edir. Dostlar özləri ilə xarizmatik və ipə-sapa yatmayan Aymo adlı yazıçını da gətirirlər. Sonuncu Leylanın xahişi ilə onun evində bir neçə gün qalır. Evin böyük oğlu İlmari anasını çox sevir və onu canı bahasına belə hər kəsdən o cümlədən yad olan Aymodan qorumağa hazırdır. Leylanın diqqətini qazanmaq uğrunda oğul və potensial ər arasında gedən mübarizə dramatik hadisələrə gətirib çıxaracaq...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar