Elina Knihtila
Aktrisa, ssenarist, rejissor
Mari Elina Knihtilya – finlandiyalı aktrisadır. 6 iyun 1971-ci ildə Finlandiyanın Valkeala şəhərində anadan olub. 1996-cı ildə Helsinki teatr akademiyasının aktyorluq kurslarını bitirib. Bir neçə il teatr səhnəsinə çıxıb. Kinoekranlarda debütü 1996-cı ilə təsadüf edir, “Fəlsəfə daşı” (Viisasten kivi) filmində baş rolu (Henna) ifa edib. Sözügedən lentdə tərəf müqabili Tommi Korpel olub. Sonradan Tommi ilə ailə qurub. 1997-ci ildə cütlüyün oğlu dünyaya gəlib.Aktrisa dörd dəfə “Yussi” finn milli kino mükafatına namizəd olub. Üç nominasiya – “Matti”, “Finsayağı boşanma və ya sevginin artdığı ev” və “Yaxşı oğul” filmlərindəki rollarına görə olub. 2008-ci ildə “Mələylərin enişi” dramında canlandırdığı Ayla Meriluoto roluna görə ən yaxşı ikinci plan qadın rolu nominasiyasında qalib gəlib. 2012-ci ildə “Yaxşı oğul” filmində oynadığı rola görə “ən yaxşı qadın rolu” nominasiyasında “Yussi” kinomükafatının laureatı olub. Karyerası ərzində 30-dan çox filmə çəkilib. “Tarzan”, “Tarzan və Ceyn”, “Tarzan 2” cizgi filmlərində Terk personajını səsləndirib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: