Biz kainatda təkik? Uzun illərdi ki, dünyanın aparıcı alimləri bu suala cavab tapmağa çalışır. 20-ci əsrin ikinci yarısından sonra bəşəriyyət planetlər və Günəş sistemi haqqında geniş məlumatlar əldə etməyə başlayıb. Artıq onların dəqiq ölçüsü, kütləsi, tərkibi, planetlərarası məsafələr məlumdur, radioteleskop və kosmik zondlar kimi müasir kosmik-astronomik qurğuları isə ulduzların formalaşması haqqında fərziyyələr irəli sürməyə imkan yaradıb. BBC-nin “Planetlər” adlı sənədli serialı Günəş sisteminə və onun hüdudlarından kənara virtual ekskursiya etməyi təklif edir. Kosmosun nə dərəcədə nəhəng olduğunu özünüz görəcəksiniz...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar